Slimfit
  1. CƏMİYYƏT

Qeydiyyatı olmayan jurnalistlər, həkimlər, hərbçilər də Bakıya BURAXILMAYACAQ  

Qeydiyyatı olmayan jurnalistlər, həkimlər, hərbçilər də Bakıya BURAXILMAYACAQ  
Sakura

Qeydiyyatı olmayan jurnalistlər, həkimlər, hərbçilər də Bakıya BURAXILMAYACAQ  

19 mart saat 00:00-dan etibarən koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması dayandırılıb.

Bəs, bu məqamda hər hansı çəkiliş, reportaj, yaxud iş üçün rayona getmək məcburiyyətində qalan ixtisas sahibləri-jurnalistlər, həkimlər, hərbçilərə güzəşt nəzərdə tutulubmu?

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-a bildirib ki, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən açıqlanan məlumatda bu məqam öz əksini tapmayıb:

“Ona görə də rayon qeydiyyatında olan qeyd etdiyiniz kateqoriyadan olan şəxslərin şəhərdən çıxdıqdan sonra martın 29-na kimi Bakı, Sumqayıt və Abşerona girişinə icazə yoxdur”.

K.Əliyev hər kəsi sağlamlığımız naminə qoyulan qadağalara riayət etməyə çağırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR