Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Qeydiyyatda olduğu ərazidə yaşamayanlar yaxınlıqdakı məktəbi seçə bilər?-I sinfə qəbul

Qeydiyyatda olduğu ərazidə yaşamayanlar yaxınlıqdakı məktəbi seçə bilər?-I sinfə qəbul
Sakura

Qeydiyyatda olduğu ərazidə yaşamayanlar yaxınlıqdakı məktəbi seçə bilər?-I sinfə qəbul

I sinfə elektron sistem vasitəsilə qeydiyyat davam edir.

İstifadəçi sistem vasitəsilə şəxsi kabinet yaratmalı, daha sonra istədiyi məktəbə sorğu yerləşdirməlidir. Sorğunun nəticələri bəlli olduqdan sonra ərizəni çap etməli və qəbul olunduğu məktəbə təqdim etməlidir.

Sistem istifadəçini addımbaaddım izləsə də, məktəbi seçdikdən sonra çoxlarında müəyyən suallar yaranır. Bunların əksəriyyəti isə üstünlük tələb edilən məktəblərlə bağlıdır.

Bəzən valideyn qeydiyyatda olduğu ünvanda deyil, başqa ərazidə yaşayır. Məktəb seçdikdən sonra onun müəyyən üstünlüklər tələb etdiyini gördükdə isə çaşqınlığa düçar olur. Bəziləri hətta valideynlərdən Azərişığın kodunun tələb edilməsini təəccüblə qqarşılayırlar.

AzEdu.az məsələyə tam aydınlıq gətirir:

Valideyn məktəbi seçib sistemə sorğu yerləşdirdikdə ekrana müəyyən seçimlər çıxır. Əgər istifadəçinin seçdiyi məktəb üüstünlüklər əsasında şagird qəbulu aparırsa, o zamam sistem qeyd edilən üstünlüklərdən birini seçməyi təklif edir:

-Məktəbin ərazisində yaşayır,

-Bacı və ya qardaşı həmin məktəbdə təhsil alır,

-Valideynləri həmin məktəbdə işləyir.

Burada ilk bənddə başqa yerdə qeydiyyatda olsa da, məktəbin müəyyən edilmiş ərazisində yaşayanlar da nəzərə alınıb. Çünki ilk bənddəki üstünlüyü seçən valideynlərdən yaşadığı ərazidə Azərişığın abunə kodu tələb olunur. Bu kodun məqsədi istifadəçinin sırf məktəbin müəyyən edilmiş ərazisində yaşadığını sübut etməkdir.

Üstünlük hüquqlarına əsasən qəbul aparılan məktəblərin ərazisində kirayədə yaşayanlar övladlarını həmin məktəbə qeydiyyatdan keçirə bilərlər. Amma bir şərtlə: yalnız əvvəlcədən müəyyənləşdirilmiş müddətdən sonra və həmin tədris ocaqlarında açılan I siniflərdə yer olduğu halda.

Kirayədə yaşayan valideynlər üstünlük hüquqlarına əsasən qəbul tətbiq olunmayan bütün məktəblərdə övladlarını I sinfə elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

Qeyd edək ki, üstünlüklərdən birini seçib təsdiq etdikdən sonra istifadəçiyə sorğunun təsdiqi haqqında 3 iş günü ərzində bildriş gələcək. Qeyd etdiyi prioritet doğru olmadıqda isə istifadəçi həmin ərazidə yerləşən digər ümumtəhsil məktəbinə sorğu göndərməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR