Slimfit
  1. CƏMİYYƏT

Qeydiyyat zamanı texniki səhv edənlər 190 manat üçün yenidən müraciət edə bilərmi? - RƏSMİ AÇIQLAMA

Qeydiyyat zamanı texniki səhv edənlər 190 manat üçün yenidən müraciət edə bilərmi? - RƏSMİ AÇIQLAMA
Sakura

Qeydiyyat zamanı texniki səhv edənlər 190 manat üçün yenidən müraciət edə bilərmi? - RƏSMİ AÇIQLAMA

“Həqiqətən aztəminatlı olan şəxslərə ictimai işlər təklif edirik”.

Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.Nazir 190 manatlıq birdəfəlik yardım üçün qeydiyyatdan keçərkən texniki səhvə yol verdiyinə görə imtina alan, lakin real olaraq bu yardımı alacaq şəxslərin kateqoriyasına daxil olan şəxslərin təkrar müraciət etməsinin mümkün olub-olmaması haqda verilən sualları da cavablandırıb.

Sahil Babayev bildirib ki, bu gün yenidən müraciətlərə başlanılsa, manipulyasiya edilə bilər və hər kəs faktiki yaşayış ünvanı kimi Bakını qeyd edə bilər:

“Biz qeydiyyat ünvanını yoxlaya bilirik, amma faktiki yaşayış ünvanını yoxlaya bilmirik. İndi təkrar müraciət açılsa və hər kəs yaşayış ünvanı kimi Bakını qeyd etsə, necə olacaq? Həmçinin, son 3 ayın gəlirləri barədə bəyənnamələr hələ verilməyib. Biz müraciət edən şəxslərin gəlirlərini yoxlaya bilməyəcəyik ki, bu şəxs aztəminatlı kriteriyalara uyğun gəlir ya yox”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR