Slimfit
  1. CƏMİYYƏT

Qətiyyən qorxmayın, əndişələnməyin! – Həkim

Qətiyyən qorxmayın, əndişələnməyin! – Həkim
Sakura

Qətiyyən qorxmayın, əndişələnməyin! – Həkim

Yaranmış ajiotaj infeksiyanın gücündən daha böyükdür. Əgər infeksiya kaskad effekti almasa və reinfeksiya olmasa, yəqin ki, yaxın 2 aydan sonra infeksiya haqda keçmiş zamanda danışmaq mümkün olacaq.

Axar.az xəbər verir ki, bu barədə tibb üzrə professor Adil Qeybulla pandemiya ilə bağlı təşviş içində olan insanlar və bunun onlara təsirləri barədə danışarkən deyib.

A.Qeybulla bildirib ki, insanlar panika və təşviş içindədirlər. Kütləvi psixoz durumu yaranıb. O, insanları təşviş keçirməməyə çağırıb:

“COVİD-19 pandemiyası dünya düzənini, siyasi və iqtisadi coğrafiyanı dəyişməyə doğru hədəflənir. Bunun arxasında həm də ciddi maraqların dayandığı göz önündədir. Ancaq təəssüf ki, bu məsələlər bizim iradəmiz xaricindədir. Təşviş və həyəcan içində olanlar var. Bu baxımdan, düzgün təsəvvürlərin yaranması üçün bir statistikanı nəzərinizə çatdırım ki, hər il dünyada qrip infeksiyası (H1N1) fonunda ölüm halları (ya yanaşı xəstəliklərdən, ya da virusun yaratdığı birbaşa bakterial və septik ağırlaşmalardan) COVİD-19-dan dəfələrlə çox olur. Koronovirusların digər təhlükəli növləri sayılan SARS və MERS COVİD-19-dan daha ağır gedişə və yüksək ölüm faizinə malikdir: uyğun olaraq 11% (SARS) və 35-50% (MERS).

COVİD-19 hər 4 adamdan birində tam asimptomatik (subklinik formada) keçir. Xəstəlik yüngül gedişli soyuqdəymə əlamətləri ilə, həyati təhlükəsiz bakterial və ya virus pnevmoniyası ilə, kəskin respirator distres sindromu ilə, ağciyər çatmazlığına gətirən ağır atipik pnevmoniya ilə və bu fonda yaranmış septiki şok və poliorqan çatmazlığı ilə müxtəlif gedişlərlə müşahidə oluna bilər. Yoluxma üçün təmas müddəti və buna bağlı virus yüklənməsi də xüsusi önəm kəsb edir. Həkimlər arasında ölüm hallarının bir səbəbi də bununla izah olunur. Gizli dövr orta hesabla 14 gün, son məlumatlara görə, bəzən 28-29 gün çəkə bilir”.

A.Qeybullanın sözlərinə görə, spesifik müalicə və profilaktik vasitə (vaksin) yoxdur. Vaksin illüziyasına qapılmayın. Vaksin yaradılıb sənaye istehsalına buraxılına qədər virus canlı aləmi tərk edəcək!”

A.Qeybulla bildirib ki, infeksiya ətrafında yaranmış ajiotaj infeksiyanın mahiyyətinə qəti adekvat deyil:

“İnfeksiyadan dünyasını dəyişənlərin təhlili göstərir ki, əksər hallarda infeksiya yaşlı və yanaşı ağır xəstəlikləri olanlar arasında bir provokasiya rolunu oynayıb. Onsuz da dünyada hər il insanlar bu patologiyaların ağırlaşmasından dünyasını dəyişirlər. İnfeksiya ətrafında yaranmış ajiotaj infeksiyanın mahiyyətinə qəti adekvat deyil. Şayiə xarakterli informasiyalara inanmayın! Qətiyyən qorxmayın və əndişə keçirməyin! Unutmayın ki, qorxu da immuniteti aşağı salır. Qorxu heç nəyi həll etmir! Amma laqeyd də qalmaq olmaz! Ehtiyatlı və diqqətli olmaq isə şərtdir! Dünya təcrübəsi göstərdi ki, sosial izolyasiya və şəxsi gigiyena tədbirlərinə əməl etmək virusun canlı hüceyrələrdə bəslənmə şanslarını itirir”.

Professor bildirib ki, əlləri tez-tez isti su altında 30 saniyə diqqətlə yumaq, canlı təmaslardan qaçmaq, maska taxmaq, immun sistemini gücləndirməklə yanaşı, fiziki fəallığı da artırmaq əsas görəcəyimiz işlər olmalıdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR