Slimfit
  1. İQTİSADİYYAT

Qətərdən Bakıya təklif: Türkiyə ilə bizə qoşul!

Qətərdən Bakıya təklif: Türkiyə ilə bizə qoşul!
Sakura

Azərbaycanın Qətərlə Türkiyə arasındakı tranzit sazişinə qoşulması təklif edilib

Azərbaycanın Qətərlə Türkiyə arasındakı tranzit sazişinə qoşulması təklif edilib.

Axar.az xəbər verir ki, noyabrın 28-də İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 34-cü sessiyasının nazirlər toplantısı çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qətər Dövlətinin iqtisadiyyat və kommersiya naziri Ali Bin Ahmed Al Kuşari ilə görüşüb. Görüşdə Azərbaycan-Qətər əlaqələri müzakirə olunub.

S.Mehdiyev Azərbaycanla Qətər arasında gömrük sahəsində əlaqələrin inkişafından, əməkdaşlığın gələcək perspektivlərindən danışıb.

Komitə sədri Qətərin iqtisadiyyat və kommersiya nazirini Azərbaycana dəvət edib.

Qətərli nazir isə ölkəsi ilə Azərbaycan arasında yaxın dostluq və qardaşlıq münasibətlərinin mövcudluğundan, iqtisadi münasibətlərin yüksələn xətlə inkişafından bəhs edib. Nazir, eyni zamanda, Qətər ilə Türkiyə arasındakı mövcud tranzit sazişinə Azərbaycanın da qoşulmasını təklif edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR