Dərc edildi: Baxış sayı: 598
Qətərdə DÇ-2022-nin ikinci stadionu açılıb
Cümə axşamı Qətərdə futbol üzrə 2022-ci il dünya çempionatının ikinci stadionu olan "Əl-Vakra" istifadəyə verilib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın "Frans Press" agentliyi məlumat yayıb.
Stadionun açılışı Qətər Əmiri Kubokunun final oyununa təsadüf edib. Finalda "Əl-Duhayl" "Əl-Sadd" klubuna 4:1 hesabı ilə qalib gəlib.
Layihəsi memar Zaha Hadid tərəfindən hazırlanan stadion 40 min tamaşaçı tutumuna malikdir. Stadion 575 mln. dollara başa gəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət