Dərc edildi: Baxış sayı: 659
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Qətər hökuməti yapon şirkəti ilə əməkdaşlıq edərək Doha küçələrinin asfaltını mavi rəngə boyamağa başlayıb. Bu barədə "Al-Raya" nəşri məlumat verir.
Əgər bu eksperiment baş tutsa, asfaltın temperaturunun 15-20 dərəcə aşağı düşəcəyi gözlənilir.
"Qara asfltın temperaturu faktiki göstəricidən 20 dərəcə artıqdır. Çünki qara rəng işıq şüalarını udur", - deyə layihənin mühəndisi Səad əl-Doseri qeyd edib.
Eksperiment Abdullah bin Casim küçəsindən başlayıb. Bu ərazidə heç bir yaşıllıq yoxdur, temperatur isə adətən 50 dərəcədən yüksək olur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət