Qətər Türkiyə ilə tranzit sazişinə Azərbaycanın da qoşulmasını təklif edib
İslam Əməkdaşlıq Təşkilatının İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin 34-cü sessiyasının nazirlər toplantısı çərçivəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qətərin iqtisadiyyat və kommersiya naziri Ali Bin Ahmed Al Kuşari ilə görüşüb.
DGK-dən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Qətər münasibətləri müzakirə edilib.
Qətərin iqtisadiyyat və kommersiya naziri Ali Bin Ahmed Al Kuşari Qətərlə Azərbaycan arasında yaxın dostluq və qardaşlıq münasibətlərinin mövcudluğundan, iqtisadi münasibətlərin yüksələn xətlə inkişafından bəhs edib. Eyni zamanda, nazir Qətərlə Türkiyə arasında mövcud olan tranzit sazişinə Azərbaycanın da qoşulması təklifini dilə gətirib.
Eyni zamanda, DGK sədri Qətərin iqtisadiyyat və kommersiya nazirini Azərbaycana dəvət edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət