Dərc edildi: Baxış sayı: 492
Qətər Səudiyyə Ərəbistanını beynəlxalq hüququ pozmaqda ittiham edib
Qətər Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanını beynəlxalq hüququ pozmaqda və əmirliyin mühasirəyə alınmasından 2,5 ildən çox vaxt keçməsinə baxmayaraq, onun təbələrinə qarşı ayrıseçkiliyi davam etdirməkdə günahlandırıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qətər XİN-in bəyanatında deyilir.
"Səudiyyə Ərəbistanı Krallığının imtinaya əsaslanan davranışı Körfəzdəki ictimai əlaqələri pozan böhranın başlamasından hətta üç il sonra da dəyişmədi. Ər-Riyad beynəlxalq qanunları pozmaqda davam edir və daim Qətərə qarşı ayrıseçkilik siyasəti yürüdür", - deyə XİN-in açıqlamasında bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət