Qətər rəhbərliyi BMT-nin humanitar yardım sahəsində fəaliyyət göstərən təşkilatlarına 500 milyon yardım…
Qətər rəhbərliyi BMT-nin humanitar yardım sahəsində fəaliyyət göstərən təşkilatlarına 500 milyon yardım edəcək. FaktXəbər bildirir ki, bu barədə ictimaiyyətə ölkənin XİN rəhbəri Məhəmməd bin Əbdürrəhman əl-Sani məlumat verib.
Onun sözlərin görə, BMT-yə bağlı humanitar yardım təşkilatlarına 500 milyon dollar dəyərində dəstək göstəriləmsi ilə barədə göstərişi Qətər əmiri Şeyx Təmim bin Hamed əl-Sani verib.
Nazir əlavə edib ki, ölkəsi 2017-ci ildə humanitar yardım fondlarına ən çox dəstək verən Ərəb dövlətləri arasında birinci, dünyada isə altıncı sırada qərarlaşıb.
Qeyd edək ki, Qətərlə BMT-nin İnkişaf Proqramı (UNDP) arasında tərəfdaşlıq müqaviləsi, Uşaqlara Yardım Fondunun (UNİCEF) Dohada ofisinin açılması, Qətər İnkişaf Fondu ilə (QFD) BMT-nin Fələstinli Qaçqınlara Yardım Təşkilatı (UNRWA) arasında qarşılıqlı dəstək müqaviləsi, BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı ilə dəstək müqaviləsi və Dohada ofisinin açılması nəzərdə tutulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət