Slimfit
  1. İDMAN

Qətər DÇ-2022-nin əsas stadionunun layihəsini təqdim etdi

Qətər DÇ-2022-nin əsas stadionunun layihəsini təqdim etdi
Sakura

2022-ci ildə Qətərdə təşkil ediləcək dünya çempionatının açılış və final matçının keçiriləcəyi “Lusail”…

2022-ci ildə Qətərdə təşkil ediləcək dünya çempionatının açılış və final matçının keçiriləcəyi “Lusail” stadionunun layihəsi təqdim edilib.

Qol.az xəbər verir ki, paytaxt Dohadan 15 kilometr şimalda yerləşən Lusail şəhərində inşa edilən arenada işlərin 90 faizi görülüb. Rekord sayda – 80 min azarkeş tutumuna malik olacaq stadionu Britaniyanın  “Foster and Partners” şirkəti inşa edir. Bu şirkət “Nou Kamp” və “Uembli”də yenidənqurma işləri aparıb.

Arenanın qızıl fasadı ərəb memarlığını və bölgənin sənət əsərlərini simvollaşdırır.

Dünya çempionatından sonra stadion ərazisində kafelər, dükanlar, məktəb və xəstəxanalar tikiləcək. Arenanın 2020-ci ilə qədər tam hazır olacağı bildirilir. 

Ümumiyyətlə, bu gün DÇ-2022-nin keçiriləcəyi 8 arenadan yalnız biri – 40 min tamaşaçı tutumuna malik olan “Xəlifə” stadionu mundiala hazırdır.

Qeyd edək ki, DÇ-2022 üçün Qətərdə tikilən stadionların ümumi tikinti dəyəri 7 milyard dollar qiymətləndirilir.

 








Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR