Slimfit
  1. DÜNYA

Qətər: Bu il qlobal LNG tələbatı 11 faiz artacaq

Qətər: Bu il qlobal LNG tələbatı 11 faiz artacaq
Sakura

Qətər: Bu il qlobal LNG tələbatı 11 faiz artacaq

Körfəz ölkəsi olan Qətər 2017-ci ildə olduğu kimi bu il də qlobal mayeləşdirilmiş təbii qaz (LNG) tələbatının 11 faiz səviyyəsində artacağını proqnozlaşdırır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Qətərin energetika naziri Mohammed al-Sada Çin hökuməti və ABŞ arşındakı ticari gərginliyin artmasına baxmayaraq 2018-ci ildə Asiya ölkəsinin LNG tələbatının 20-25 faiz artacağını gözlədiyini deyib.

“2017-ci ildə Koreya Respublikasını geridə qoyaraq dünyanın ikinci ən böyük LNG idxalçısı olan Çinin keçən il 46 faiz çoxalan maye qaz tələbatının bu il daha çox artacağı proqnozlaşdırılır. Çinin LNG tələbatı 20-25 faiz və daha çox arta bilər”, - deyə nazir bildirib.

Dünya Qaz İttifaqının məlumatına görə, ötən il qlobal LNG idxalında 83,3 milyon tonla (32 faiz) Yaponiya ilk sırada qərarlaşıb. Keçən il dünyada ən çox LNG ixrac edən ölkə isə 77,2 milyon tonla Qətər olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR