Slimfit
  1. DÜNYA

Qətər Almaniyaya milyardlar yatırır

Qətər Almaniyaya milyardlar yatırır
Sakura

Qətər Almaniyaya milyardlar yatırır

Doha artıq Volkswagen, Siemens, Deutsche Bank kimi alman şirkətinə və digər nəhəng konsernlərə öz vəsaitini yatırıb. Ölkənin maliyyə nazirliyi xəbər verir ki, indi Qətər Almaniyada yeni investisiya layihələrini nəzərdən keçirir.

Qətər Almaniyadakı layihələrin reallaşması üçün “milyard dollarlar” yatırmağa hazırlaşır. Bu barədə Handelsblatt alman nəşri diplomatik və işgüzar dairələrə istinadən xəbər verir.

Qəzetin həmsöhbətlərinin məlumatlarına əsasən, Dohanın bu qərarını 7 sentyabr tarixində Qətərin əmiri Təmin bin Hamad Əl Tani elan edəcək. Bu gün Berlində alman-qətər iqtisadi konfransı baş tutacaq ki, burada Alman kansleri Angela Merkel də iştirak edəcək. Nəşrin mənbələrinin fikrincə, Ən Tani Qətərin investisiya planları barədə məlumat verəcək.

“Hazırda biz bir neçə layihəni nəzərdən keçiririk”, - Handelsblatt bunu Qətər maliyyə naziri Ali Şərif əl-Emadinin informasiyasına əsasən deyib. Bu planlar barədə digər detallar barədə o heç nə deməyib.

Alman nəşrinin göstərdiyi kimi, yeni investisiyalar Dohanın Volkswagen, Siemens, Hochtief (dünyada ən böyük inşaat şirkətlərindən biri) və Solarworld (günəş batareyaları istehsalçısı) kimi alman konsernlərinə olan yatırımlarının davamı olacaq. Həmçinin, Handelsblatt-ın məlumatına əsasən Qətər digər alman şirkətlərinin səhmlərini də alıb və əmlak sazişləri də bağlayıb. Bundan başqa, Doha Deutsche Bank-da da paya malikdir. Qətərin alman iqtisadiyyatına hazırda dövrə qədər yatırdığı ümumi investisiyasını qəzet 20 milyard dollar olaraq dəyərləndirir. Handelsblatt vurğulayır ki, bununla 2016-cı ilin böhranının Qətərdə artıq olmamasını sübut olunur. O dövrdə bu ölkənin qonşuları olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Dohanı terrorizmi maliyyələşdirməkdə günahlandıraraq onunla diplomatik əlaqələri kəsmişdilər. Həmçinin qətər hökumətinin siyasətinin rəqibləri Al Jazeera telekanalının sputnik yayımını söndürməyi tələb etdilər, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirin fikrincə kanal onların daxili işlərinə qarışırdı. Sonra bu ölkələr Qətər ərazisinin hava, su və quru blokadasını tətbiq etdilər.

Qətər əmiri Təmin bin Hamad ən Tani belə hərəkətləri Qətərin suverenliyini “oğurlamaq” cəhdi kimi dəyərləndirdi. Handelsblatt xatırladır ki, artıq keçən il Doha ölkə iqtisadiyyatının artımının qayıtmasını bildirib. 2022-Ci ildə Qətərdə futbol üzrə dünya çempionatı keçiriləcək.

 

Mənbə: Rbc.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR