Qətər 2022-ci il dünya çempionatını keçirmək üçün FIFA-ya 780 milyon dollar ödəyib
FIFA 2022-ci il dünya çempionatını keçirmək istəyən Qətərdən 780 milyon dollar alıb.
Enter.News-un "The Times" nəşrinə istinadən verdiyi məlumata görə, səsverməyə 3 gün qalmış ali futbol qurumu "Əl-Cəzirə" telekanalı ilə anlaşıb. Müqaviləyə əsasən, FIFA 354 milyon dollar alıb. Bu məbləğin 118 milyon dolları DÇ-2018-in, daha 118 milyon dolları isə DÇ-2022-nin televiziya hüquqlarının alınmasına sərf olunub. Müqavilədəki digər bəndə əsasən DÇ-2022 Qətərdə keçirilsə, FIFA-ya daha 118 milyon dollar ödəniləcək.
Sənədləri FIFA-nın sabiq prezidenti Jozef Blatter və keçmiş baş katib Jerom Valke imzalayıb.
Sonradan 427 milyon dollarlıq daha bir sənəd imzalanıb. FIFA-ya pullar "beIN Media Group"dan gəlməli imiş. Ekspertlər bütün müqavilələrin məbləğlərinin şişirdildiyini iddia ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət