Slimfit
  1. CƏMİYYƏT

Qət-təzə qatarımız tuneldə qaldı? - Açıqlama

Qət-təzə qatarımız tuneldə qaldı? - Açıqlama
Sakura

Qət-təzə qatarımız tuneldə qaldı? - Açıqlama

Bu gün saat 10.30 radələrində “Həzi Aslanov”-“Dərnəgül” istiqamətində hərəkət edən qatarda “Qara Qarayev” stansiyasında texniki nasazlıq qeydə alınıb.

Bunu Axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metroda qatarlar arasında gecikmələr müşahidə olunması barədə sosial şəbəkədə yayılan məlumatlara münasibət bildirərkən deyib. O bildirib ki, sosial şəbəkələrdə texniki nasazlığın təzə qatarların birində yaranması barədə məlumat həqiqəti əks etdirmir:

“Nasazlıq yaranan qatar boşaldılaraq, depoya yola salınıb. Qatarlar arasındakı intervalda təxminən 11 dəqiqə gecikmə müşahidə olunub. Texniki nasazlıq yaranan qatarın yerinə xəttə başqa qatar buraxılıb. Texniki nasazlığın təzə qatarların birində olması isə yalan məlumatdır. Həmin vaxt təzə qatar texniki nasazlıq yaranan qatara köməkçi qatar kimi orada olub. Lakin nasaz qatar əlavə köməyə ehtiyac olmadan, sərbəst şəkildə hərəkətini davam etdirdiyi üçün təzə qatara ehtiyac olmayıb və öz marşrutu üzrə hərəkət edib”.

Qeyd edək ki, sosial şəbəkələrdə “Qara Qarayev” stansiyasında yeni qatarlardan birində texniki nasazlıq yaranması barədə məlumat yayıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR