Dərc edildi: Baxış sayı: 553
Qəssabların nəzərinə, reydlər keçirilir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) paytaxtın Xətai rayonunda qeyri-qanuni heyvan kəsimi məntəqələrində reyd keçirib.
“Qafqazinfo” xəbər verir ki, qurum əməkdaşları 27.06.2019-cu il tarixdən 11.07.2019-cu il tarixədək Xətai rayonunun Cavanşir, M.Hadi, G.Şıxlinski, K.Kərimov, Q.Nəbi və R.Bayramov küçələrində 58 ünvanda fəaliyyət göstərən məntəqədə olublar. Məntəqələrdə satışda olan ətlərin üzərində möhürlərin olmadığı və bəzi kəsim məntəqələrində isə mənşəyi bilinməyən heyvan əti aşkarlanıb. Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət