Slimfit
  1. MARAQLI

Qəribə, lakin real olan 7 dondurma növü

Qəribə, lakin real olan 7  dondurma növü
Sakura

Adət etdiyiniz karamelli, şokoladlı, limonlu və hətta peçenye ilə olan dondurmaları unudun

Adət etdiyiniz  karamelli, şokoladlı, limonlu və hətta peçenye ilə olan dondurmaları unudun.  Hər  an dondurma yemək istəyənləri belə bu barədə bir-iki dəqiqə düşünməyə vadar edəcək, adını eşitdikdə "doğurdanmı?" dedirdəcək  dondurmalar var. Məsələn, çiy at ətindən. Bunu sevən var!  Hələ hinduşka, qaz ciyərindən, acı bibərli dondurmaları demirik.  

  1.  ÇİY AT ƏTİNDƏN DONDURMA 

 Tokionun Namja Town adlanan qapalı əyləncə mərkəzində Ice Cream City (dondurma şəhəri) adlı dondurma mağazası var və burada çiy at ətindən olan  dondurmadan başlamış, tərkibində  inək dili, duzlu, dəniz suyu, kalmara və səkkizayaqlı ilbizə qədər olan  bir çox maraqlı dondurma növləri var.

 2.  MANQO TURŞULU DONDURMA

 Amerikanın ən "maraqlı" dondurma şirkətlərindən biri olan Jeni's Splendid İce Cream  həmişə sərhəd tanımayan  möhtəşəm dondurma istehsalçısıdır.  Ən son yenilik, manqo turşusu ilə olan dondurma növüdür: dondurma əslində qaymaqlı pendirdən hazırlanır, sonra üstünə ətirli  sirkə, ağ bibər, qərənfil  və mixək ilə qarışdırılmış manqo turşusunun sousu  tökülür.

 3 QARĞIDALILI DONDURMA

 Nyu- Yorkdakı Max & Mina adlı dondurma istehsalçısı 1998-ci ildən bəri ən qeyri-adi ləzzətləri sınayanlardan biridir.  İstehsal etdikləri dondurmaların əksəriyyəti babalarının resept kitabından götürülür.  Bununla belə, hər kəsin xoşladığı dadlardan əlavə, qarğıdalılı, yaban turplu, sarımsaqlı, pizzalı, hisə verilmiş balıqlı və bibərli  dondurmalar da var.

 

     4. QAZ CİYƏRLİ DONDURMA 

 Nyu- Yorkda yerləşən  OddFellows dondurması, eksperimental dondurma ləzzətləri ilə də məşhurdur.  2013-cü ildə 300-dən çox  dondurma çeşidi sınayan, dondurmaçının  qaz qaraciyərli dondurması var!

 

  5. ARMUDLU KİFLİ PENDİRLİ DONDURMA 

 ABŞ-dakı Salt & Straw dondurmaçısına görə ən yaxşı dadlar ədviyyat və şəkər qarışığından alınır.  Bunlardan biri armud və kifli pendir hissəciklərini birləşdirdikləri daddır.

 6.ACI BİBƏRLİ DONDURMA 

 Əslində hər hansı acı bibər deyil;  Dünyanın ən acı bibəri kimi tanınan Hindistana xas olan jolokia bibərli dondurma!  Məsələn,  Amerikanın bəlkə də ən qeyri-adi  dondurmaçısı olan The İce Cream Store-da  vanilli dondurma tapa bilməzsiniz.  Bunun əvəzinə Afrika vanilli və ya Madaqaskar vanilli çəyirdəkli dondurmalar var.  Ancaq iş bununla bitmir!  Jolokia ətirli  dondurma, həmçinin xəyal bibəri və ya zəhər də adlandırılan dondurma hər kəs üçün uyğun deyil.

7.  ƏNCİRLİ HİNDUŞKALI DONDURMA 

İtalyan dondurması (gelato) istehsal edən Il Laboratorio del Gelato adlı dondurmanın ən qeyri-adi növlərindən  biri əncir və hinduşkalı dondurmasıdır.

Mənbə: www.hangisieniyi.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR