Slimfit
  1. DÜNYA

Qəribə hadisə: səfir 10 dollarlıq kitab oğurladı, daha sonra

Qəribə hadisə: səfir 10 dollarlıq kitab oğurladı, daha sonra
Sakura

Qəribə hadisə: səfir 10 dollarlıq kitab oğurladı, daha sonra

Meksikanın Argentinadakı fövqəladə və səlahiyyətli səfiri Oskar Rikardo Valero Resio Buenos Ayresdəki bir mağazadan kitab oğurlayıb.

Publika.az xəbər verir ki, dəyəri 10 dollar (17 manat) olan kitabın pulunu ödəmədən mağazanı tərk edən səfir haqqında cinayət işi açılıb.

Diplomatik toxunulmazlıq səbəbilə Argentinada həbs edilməsi mümkün olmayan səfir ölkəsinə geri çağırılıb.

Meksika Xarici işlər naziri Marselo Ebrard Etika Komitəsindən hadisənin araşdırılacağını və saxtakarlığa şans tanınmayacağını deyib.

Qeyd edək ki, Argentina mətbuatında dərc edilən görüntülərdə 76 yaşlı səfirin oktyabrın 26-da məşhur kitab mağazalarından biri olan “El Ateneo Grand Splendid”də kitablardan birini qəzetin arasına qoyaraq mağazanı tərk etməyə çalışdığı, lakin mühafizəçilər tərəfindən saxlanıldığı əks olunub.

Səfirin oğurladığı kitab isə fransız tarixçisi Qay Çaussinand-Noqaretin Qiasomo Kasanova haqqında yazdığı bioqrafiya olub.

Zümrüd

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR