Dərc edildi: Baxış sayı: 590
Qəribə dostluq hekayəsi - Evinə gələn heyvanı hər gün əlləri ilə bəsləyir
Türkiyənin Bursa şəhərində filmlərdəki kimi bir dostluq hekayəsi baş verib.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, Bursada yaşayan fotoqraf Münacettin Öztürkün evini hər gün bir tülkü ziyarət etməyə başlayıb. Öztürk müəyyən vaxtlarda evinə gələn tülkünü əlləri ilə bəsləyərək illərlə davam edəcək dostluğun təməlini atıb.
O, hər axşam həyətini ziyarət edən tülküyə yeməkdən sonra qarpız da verir. Tülkünü artıq ailəsinin br üzvü kimi görən Öztürk onu övladı kimi çox sevir. İnsanlar bu dostluğa heyranlıqlarını gizlədə bilmir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət