Slimfit
  1. SİYASƏT

Qərbin regiona müdaxiləsi... - Abbas Musəvi

Qərbin regiona müdaxiləsi... - Abbas Musəvi
Sakura

Qərbin regiona müdaxiləsi... - Abbas Musəvi

İran hər zaman region məsələlərin region daxili ölkələrin potensialından istifadə edərək həllinə təkid edib.

Ens.az xəbər verir ki, bu barədə Trend-ə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi bildirib.

"Qərb ölkələrinin regiona olan müdaxilə təcrübəsi uğurlu bir təcrübə hesab olunmur və regionda olan məsələlərin həllinə kömək etməyəcəklər heç, əksinə bu məsələlərin mürəkkəbləşməsinə gətirib çıxardacaqlar. Çünki bu ölkələr başda öz maraqlarını təmin etməyin peşindədirlər, region ölkələrin maraqlarını deyil.

Biz inanırıq ki, Cənubi Qafqaz ölkələri öz məsələlərini özləri həll etmək gücündədirlər. İran İslam Respublikası bu istiqamətdə iki və çox tərəfli təmasları sürdürür", - səfir deyib.

Qeyd edək ki, aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında üçtərəfli görüş baş tutacaq. Qərbin Ermənistanla təhlükəsizlik zəmanəti haqqında saziş imzalayacağı gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR