"Qərbi Nil" virusu daha çox ağcaqanadlar vasitəsilə yoluxur
Yunanıstanın paytaxtı Afinada "Qərb Nil" virusu 2 nəfərin ölümünə səbəb olub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2018-ci ilin yay mövsümündə 55 nəfərə "Qərbi Nil virusu"na yoluxma diaqnozu qoyulub. Bunlardan 12-si müxtəlif xəstəxanalarda müalicəsini davam etdirir, 4-nün isə vəziyyəti ağırdır.
"Cəmiyyətin Sağlamlığı" təşkilatnın baş katibi Yannis Bazkozos radioya verdiyi açıqlamada bu virusdan heç kimin sığortalanmadığını deyib və vətəndaşları diqqətli olmağa çağırıb.
Xatırldaq ki, ilk dəfə 2010-cu ildə Yunanıstanda müşhaidə edilən "Qərbi Nil" virusu 37 nəfərin ölümünə səbəb olmuşdu. Epidemiya hərarətin artması, baş və əzələ ağrıları, iştahsızlıq, ürək bulanması, qusma, dəridə qızartı, limfa vəzilərinin şişməsi və s. bu kimi əlamətlərlə özünü büruzə edir. "Qərbi Nil" virusu daha çox ağcaqanad vasitəsilə yoluxur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət