Slimfit
  1. SİYASƏT

Qərbi Azərbaycan İcmasının iki rayon üzrə nümayəndəliyi yaradılıb

Qərbi Azərbaycan İcmasının iki rayon üzrə nümayəndəliyi yaradılıb
Sakura

Qərbi Azərbaycan İcmasının iki rayon üzrə nümayəndəliyi yaradılıb

Goranboyda Naftalan şəhəri və Goranboy rayonu üzrə Qərbi Azərbaycan İcmasının (QAİ) nümayəndəliyinin açılış mərasimi olub.

Ens.Az xəbər verir ki,QAİ-nin Mətbuat Xidmətindən bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Goranboy şəhərində Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət ediblər.

Sonra icmanın yeni nümayəndəliyinin otaqlarına baxış keçirilib, burada yaradılan şəraitlə tanışlıq olub.

Daha sonra Goranboy Olimpiya İdman Kompleksində 300 nəfərə yaxın Qərbi azərbaycanlı ilə görüş keçirilib.

Tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli icmanın strukturu, məqsədləri, bu günə qədər göstərdiyi uğurlu fəaliyyəti barədə danışıb.

Bildirilib ki, Qərbi Azərbaycan İcması soydaşlarımızın hüquqlarını müdafiə edən leqal təmsilçi kimi onların öz yurd-yuvalarına qayıtmaları istiqamətində beynəlxalq miqyasda da uğurlu fəaliyyət göstərir.

Əziz Ələkbərli son 200 ildə Qərbi azərbaycanlıların üzləşdikləri ağrı-acını, ötən əsrdə dörd dəfə kütləvi deportasiyaya uğramalarını dilə gətirərək, öz yurd-yuvalarına qayıdışının onların təməl hüquqları olduğunu bildirib.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının digər üzvləri – icma sədrinin müavini, deputat Ramil Həsən, Ağsaqqallar Şurasının sədri, deputat Əhliman Əmiraslanov, Gənclər Birliyinin üzvü, deputat Naqif Həmzəyev, Gənclər Birliyinin üzvü, deputat Anar Məmmədov nümayəndəliyin işinə uğurlar arzulayıb, belə addımların davamlı olmasını diləyiblər.

Sonra Qərbi Azərbaycan İcmasının Goranboy rayonu və Naftalan şəhəri üzrə nümayəndəsi Nurəddin Həsənov ictimaiyyətə təqdim olunub.

Nurəddin Həsənov çıxışında ona göstərilən etimada görə Qərbi Azərbaycan İcmasının rəhbərliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, icmanın yerli nümayəndəliyi həmin rayonlarda yaşayan Qərbi azərbaycanlılar arasında qayıdış hüququnun təşviqi və onların adət-ənənələrinin, folklorunun, mədəni dəyərlərinin təbliği istiqamətində yerli səviyyədə fəaliyyət həyata keçirəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR