Slimfit
  1. DÜNYA

"Qərb Ukraynada Rusiya ilə NATO arasında toqquşma olmasını istəmir" - Almaniya kansleri

"Qərb Ukraynada Rusiya ilə NATO arasında toqquşma olmasını istəmir" - Almaniya kansleri
Sakura

"Qərb Ukraynada Rusiya ilə NATO arasında toqquşma olmasını istəmir" - Almaniya kansleri

"Qərb Rusiya ilə NATO arasında münaqişənin olmasını istəmir, ona görə də alyans öz ordusunu Ukraynaya göndərməyəcək".

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Almaniya kansleri Olaf Şolz deyib.

“Məncə, iki şey əsas əhəmiyyət kəsb edir: birincisi, Rusiyadan gələn təhlükə realdır, ona görə də bizim müdafiə və çəkindirmə imkanlarımız etibarlı olmalıdır və daha da möhkəmləndirilməlidir. İkincisi də, elə əvvəlki kimi qüvvədə qalır: biz Rusiya ilə NATO arasında münaqişənin olmasını istəmirik, ona görə də Ukraynanı dəstəkləyən hər kəs müharibənin əvvəlindən yekdilliklə bildirib ki, biz Ukraynaya öz əsgərlərimizi göndərməyəcəyik”, - deyə Şolz qeyd edib.

Kansler bildirib ki, digər tərəfdən, Rusiyanın Ukraynada qələbəsi Aİ-yə Kiyevə indiki dəstəkdən daha çox baha başa gələcək: “Bizim üçün nəticələr Ukraynanın müdafiəsində ona verdiyimiz dəstəyimizdən daha baha başa gələcək. Biz münaqişənin digər avropa, və NATO dovlətlərinə keçməsinin qarşısını almaq üçün Ukraynaya lazımi köməyi göstərməliyik”, - deyə Almaniya hökumətinin başçısı bildirib. O, etiraf edib ki, Almaniya vətəndaşları indi Ukraynaya yardım göstərməyin “maliyyə nəticələrini” hiss edirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR