Slimfit
  1. DÜNYA

“Qərb liderlərinin Belarusla bağlı açıqlamaları qeyri-etikdir” - Lavrov

“Qərb liderlərinin Belarusla bağlı açıqlamaları qeyri-etikdir” - Lavrov
Sakura

“Qərb liderlərinin Belarusla bağlı açıqlamaları qeyri-etikdir” - Lavrov

Qərb liderlərinin Belarusdakı vəziyyətlə bağlı açıqlamaları qeyri-etikdir və bu, onların diplomatik bacarıqlarının çatışmazlığını göstərir.

Ens.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

"NATO-nun Baş katibi, Avropa İttifaqı təmsilçiləri, ATƏT-in başında dayanan Qərb liderləri tərəfindən Belarusdakı vəziyyətlə bağlı hansı açıqlamalar verildiyinə baxın. Bu, diplomatik bacarıqların, elementar diplomatik bacarıqların olmamasıdır. Bu, yalnız diplomatik deyil, həm də insani baxımdan böyük ölçüdə etik deyil. Bunu görürük və buna diqqət yetiririk", - deyə Kavrov vurğulayıb.

O əlavə edib ki, Rusiya Belarusdakı mövcud vəziyyəti aradan qaldırmaq üçün başqa ölkələrin vasitəçi xidmətlərinə ehtiyac olmadığına inanır.

"Belarusların problemlərini kənar müdaxilə olmadan özlərinin həll etmələrinə imkan verilməsini istəyirik. Bir çox Qərb dövlətinin - həm qonşu Ukrayna, həm də uzaq ölkələr, - mən ABŞ və Kanadanı nəzərdə tuturam-, Belarus Respublikasındakı mövcud vəziyyətin aradan qaldırılmasına bəzi yanaşmalar tətbiq edirlər. Belarus Prezidenti bu yanaşmalara reaksiya verir. Biz vasitəçi xidmətlərinə ehtiyac olmadığına inanırıq ", - deyə XİN rəhbəri söyləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR