“Qənirə Paşayevanın ölməsi ilə bağlı yayılan xəbərlər yalandır”.
“Qənirə Paşayevanın ölməsi ilə bağlı yayılan xəbərlər yalandır”.
Ens.Az-ın məlumatına görə,bu barədə Oxu.Az-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva məlumat verib. O qeyd edib ki, millət vəkilinin vəziyyəti stabil-ağır olaraq qalır və ailə üzvləri bu kimi xəbərlərin yayılmasına təəssüf edir: “Sosial şəbəkələrdə aktiv olan insanlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən açıqlanan xəbərlərə inansınlar. Dualarınızı əsirgəməyin”. 22:04 “Deputat Qənirə Paşayevanın müalicəsi davam edir”. Bu barədə APA-ya qardaşı Hüseyn Paşayev açıqlama verib. “Bu barədə bu gün müalicə aldığı xəstəxana da açıqlama yayıb”, - deyə o qeyd edib. Xatırladaq ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Q.Paşayeva sentyabrın 24-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinik Xəstəxananın təcili yardım şöbəsinə gətirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət