Slimfit
  1. CƏMİYYƏT

Qənirə Paşayeva şəhid Rəşad Ağayevin bacısı ilə görüşdü

Qənirə Paşayeva şəhid Rəşad Ağayevin bacısı ilə görüşdü
Sakura

Qənirə Paşayeva şəhid Rəşad Ağayevin bacısı ilə görüşdü

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Novruz bayramı ərəfəsində Azərbaycan Vətən müharibəsinin şəhidi, Silahlı Qüvvələrin əsgəri Rəşad Ağayevin bacısı Tamara Ağazadə ilə görüşüb.

Ens.az Redaktor.az-a istinadən xəbər verir ki,  parlamentdə baş tutan görüşdə, şəhid bacısının ürək sözləri dinlənilib, qayğıları öyrənilib.

Komitə sədri Azərbaycan Respublikasının ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından danışıb, həmin diqqət-qayğının, həssasiyyətin hər bir Millət vəkili, məmur, vətəndaş cəmiyyəti təmsilçisi, işadamı və aydın üçün də örnək təşkil etdiyini söyləyib. O, milli bayramımız Novruz ərəfəsində keçirilən görüşün, ümumiyyətlə şəhid ailələri ilə hər görüşün onunçün çox doğma görüş olduğunu deyib, şəhidin əziz ruhuna ehtiramını bildirib:

“Əziz şəhid bacısı, hər əziz bayramda ilk anılacaq insanlar sırasında ən öndə şəhid ailələri gəlir. Sizi Novruz bayramı münasibəti ilə təbrik edir, ən xoş arzularımı yetirirəm! Xahiş edirəm, bizim salam-sayğılarımızı ailənizə, bütün doğmalarınıza çatdırasınız.

Tanrımıza şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, onların ruhu şaddır. Əziz Şuşamızda, işğaldan azad edilmiş digər şəhər və kəndlərimizdə bayrağımız dalğalanır, ordumuz yetərincə güclüdür, öz üzərinə düşən vəzifələrə uyğun olaraq istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Vətən uğrunda canını qurban vermiş igid qardaşınızın timsalında bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik”!

Görüşdə “UNİTY-Company”in təsisçisi Fikrət Əliyev də iştirak edib və o da, şəhid ailələri ilə görüşü hər bir aydın, hər bir işadamı və vətəncanlı insan üçün bir mənəvi borc olaraq xarakterizə edib, şəhidimizin həyat və döyüş yolu ilə yaxından maraqlanıb. O, şəhidin bacısını və onun timsalında ailənin bütün üzvlərini, doğmalarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Görüşün sonunda Mədəniyyət Komitəsi və “UNİTY-Company” adından şəhid ailəsinə bayram hədiyyələri təqdim edilib.

Azərbaycan Ordusunun şəhid əsgəri Rəşad Rövşən oğlu Ağayev (02.07.2000, Binəqədi, Bakı - 16.10.2020) ailənin ilk və tək oğul övladı idi. 2006-cı ildə 283 saylı tam orta məktəbin I sinifinə daxil olub. Hərbiyə marağı ilk məktəb illərindən başlayıb. Müxtəlif əşyalardan oyuncaq silahlar düzəldən Rəşad həm də rəsmə, musiqiyə, şahmata və kompyuter oyunlarına maraqlı olub. İslam dininə olan yüksək marağı nəticəsində namaz qılıb, oruc tutur və ərəb dilini öyrənərək, “Quran” oxuyurmuş.

2016-ci ildə məktəbi bitirib, 7 saylı peşə liseyinə, 2018-ci ildə isə STEP Akademiyasının “Proqramçı-dizayner” ixtisasına daxil olub. 2019-cu ildə həmin akademiyanı uğurla bitirib.

Tələbəlik illərində tədbirlərdə aktiv iştirak edib. Həmin dövrdə rəqslə, gitarada ifa edib oxumaqla, idmanla məşğul olub. 04.07.2019-cu ildə XTQ-nin Mingəçevir şəhərindəki kəşfiyyat bölüyündə hərbi xidmətə başlayıb.

Rəşad döyüşlərdə hər zaman ön sıralarda getməyi özünə şərəf bilirdi. O, 2020-ci ilin iyul döyüşlərində Tapqaraqoyunluda, Talış yüksəkliklərində və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Bu döyüşlərdən birində yaralanmasına baxmayaraq, ön cəbhədən çıxmayıb. 2020-ci ilin oktyabrın 16-da döyüşdə yaralanan əsgər yoldaşının birinin həyatını xilas edən Rəşad, digər əsgər yoldaşı başından yara alınca onu da xilas etməyə cəhd edərkən şəhid olub.

2020-ci il oktyabrın 17-də ailəsinə şəhid xəbəri gəlib, bir gün sonra Biləcəri qəbristanlığında dəfn olunub. Şəhid Rəşad Ağayev Prezidentin müvafiq sərancamları ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ruhu şad olsun!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR