Slimfit
  1. MEDİA

Qənirə Paşayeva: "Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissədir"

Qənirə Paşayeva: "Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissədir"
Sakura
:0

Qənirə Paşayeva: "Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissədir"

Qənirə Paşayeva: "Heç bir kənar qüvvə, heç bir güc bu gerçəkliyi dəyişdirə bilməyəcək"

"Harada doğulub, harada yaşamasından, entik mənsubiyyətindən və dini kimliyindən asılı olmayaraq ədalətin, insanlığın yanında olan hər bir insan Ermənistanın törətdiyi vandadlizm aktlarına, soyqırımlara laqeyd qalmamalı, buna qarşı öz etiraz səsini ucaltmalı və ədalətin, Azərbaycanın haqlı mübarizəsinin yanında olmalıdır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib: "Ermənistan Xocalı, Qaradağlı, Bağanıs-Ayrım, Ağdaban soyqırımlarını törədib. İşğalçı və təcavüzkar ölkə minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirib, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsini və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələri yerinə yetirmir. Həmçinin, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan vermir. Bu baxımdan, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində  ictimai-siyasi xadimlərin, şair və yazarların, gənc fəalların, aydınların, QHT və KİV təmsilçilərinin öz səylərini daha da artırması  vacibdir".

Millət vəkili bildirib ki, harada doğulub, harada yaşamasından, entik mənsubiyyətindən və dini kimliyindən asılı olmayaraq ədalətin, insanlığın yanında olan hər bir insan Ermənistanın törətdiyi vandadlizm aktlarına, soyqırımlara laqeyd qalmamalı, buna qarşı öz etiraz səsini ucaltmalı və ədalətin, Azərbaycanın haqlı mübarizəsinin yanında olmalıdır: "Qarabağ Azərbaycanın tarixi, əzəli və ayrılmaz tərkib hissədir, heç bir kənar qüvvə, heç bir güc bu həqiqəti, bu gerçəkliyi dəyişdirə bilməyəcək. Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır,  Qarabağ Azərbaycanın olub, Azərbaycanın da olacaq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR