Qənirə Paşayeva Nərminin qatilinin çəkdiyi videolardan danışdı
"İndi biz ağlayırıq ki, Nərmini sağ xilas etmək mümkün olmadı. Onun qatili artıq yaxalanıb. Özü hamısını video görüntülərlə göstərib".
Sfera.az xəbər verir ki, bu sözləri APA TV-nin "Sosium” verilişində millət vəkili Qənirə Paşayeva deyib.
Onun sözlərinə görə, cinayətkar əməllərini bir-bir göstərərək etiraf edib:
"Mən istintaq materialları haqqında danışmaq istəmirəm. Bilirəm ki suallar var. Özü bir-bir hamısını göstərib. Özü videoya çəkibmiş bəzi şeyləri. Yəqin ki, hüquq mühafizə orqanları insanlarda yaranmış suallara cavab tapılması üçün insanları həmin materiallarla tanış edəcək".
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət