Slimfit
  1. AZƏRBAYCAN

Qənirə Paşayeva AŞPA-da azərbaycanlıların Ermənistandakı öz ata-baba torpaqlarından deportasiyası məsələsini qaldırıb

Qənirə Paşayeva AŞPA-da azərbaycanlıların Ermənistandakı öz ata-baba torpaqlarından deportasiyası məsələsini qaldırıb
Sakura

Qənirə Paşayeva AŞPA-da azərbaycanlıların Ermənistandakı öz ata-baba torpaqlarından deportasiyası məsələsini…

Millət vəkili, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva bu gün AŞ PA-da azərbaycanlıların bugünki Ermənistandan, öz ata-baba torpaqlarından 1948 və 1988-ci illərdəki deportasiyası məsələsini qaldırıb.

Trend-in məlumatına görə, Q.Paşayeva bildirib ki, Azərbaycanın qədim bölgəsi olan İrəvanın zorla Azərbaycandan alınaraq Ermənistana verilməsinin bu il 100 ili tamam olur.

Millət vəkilinin sözlərinə görə, XIX əsrdə və XX yüzilliyin əvvəllərində ermənilərin Cənubi Qafqazda yerləşdirilməsi prosesini çar hökumətinin mötəbər arxivləri əsasında öyrənmiş rus araşdırıcısı N.Şavrov 1911-ci ildə nəşr etdirdiyi “Qafqazda Rusiya işinə yeni təhlükə” adlı kitabda göstərirdi ki, XX yüzilliyin əvvəllərində Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyonu buranın yerli əhalisi deyil, Qafqaza ruslar tərəfindən köçürülüb 1931-ci ildə Moskvada nəşr edilmiş Zaqafqaziya xəritəsində Ermənistan ərazisindəki coğrafi adların 78,1 faizi Azərbaycan, yalnız 3,45 faizi erməni mənşəlidir:

"Amma Ermənistan rəsmiləri uzun illər etnik təmizləmə siyasəti apararaq azərbaycanlıları öz tarixi torpaqlarından zorla qovmaqla bərabər azərbaycanlılara məxsus tarixi-mədəni abidələri də məhv etmiş, yer adlarını dəyişmişlər. Əziz dostlar, biz bu il 1948-ci ildə Ermənistandan yüz minlərlə azərbaycanlının zorla öz evindən qovulmasının, deportasiyasının 70-ci ilinin tamam olmasını da unutmamalıyıq. Bu dəhşətli faciəni yaşayan azərbaycanlılar bir daha öz evlərinə dönə bilmədilər. Ermənistan rəhbərliyinin törətdiyi bu dəhşətli cinayətlərə beynəlxalq ictimayyətin ciddi təzyiqlərinin olmaması yeni cinayətlərin əsasını qoydu. Əziz dostlar, mən böyük qəlb ağrısı isə qeyd etməliyəm ki, 1988-ci ildə Ermənistan rəhbərliyi dəhşətli bir etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları öz evlərindən zorla qovdu. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli cinayətin bu il 30 ili tamam olur. Onların bir çoxu öz evlərinə dönə bilməmək acısı ilə dünyadan köçdülər".

Q.Paşayeva qeyd edib ki, bu günə qədər də on minlərlə azərbaycanlı qaçqının öz evlərinə dönə bilməsi haqları Ermənistan tərəfindən tanınmır:

"Mən təşkilatımızı bu məsələləri də gündəmdə saxlamağa və o insanların səslərini duymağa çağırıram. Onlar sizi pozulan haqlarının müdafiəsi istiqamətində dəstək olmağa çağırırlar. Əziz dostlar, Ermənistan sadəcə etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları bu ölkədən, tarixi ata-baba yurdlarından qovmaqla dayanmadı, azərbaycanlılara məxsus bütün tarixi-mədəni abidələri, qəbirstanlıqları dağıtdı. Buna səssiz qalmamalısınız.”

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR