Slimfit
  1. MARAQLI

Qənaətcil xanım olmağın 12 şərti

Qənaətcil xanım olmağın 12 şərti
Sakura

Qənaətcil xanım olmağın 12 şərti

Sadəcə bədxərc olmayın –başqa yol yoxdur! Demək asandır, amma əməl etmək çətin, axı buna necə nail olmaq olar? Mən başa düşürəm ki, istər əməkhaqqı, istər mükafat və ya birdəfəlik ödənilən başqa pul məbləği olsun, adamın əlləri istər-istəməz onları xəcləməyə doğru uzanır. Necə deyirlər “pulun cibinə ağırlıq edir”. Onları çox elit bir şeyə sərf etmək istəyirsən! Gözəl, bahalı, sanballı və… ya heç sizə lazım olmayacaq, ümumiyyətlə istifadə etməyəcəyiniz gərəksiz bir əşya.

Bir dəfə amerikan multi-milyonçularından biri belə demişdir: «Müasir insanın başlıca səhvi ondadır ki, o hələ uşaqlıqdan bəri qənaət etməyi pis təəssüratlar, alış-verişi isə həzz və məmnuniyyət ilə əlaqələndirir». Bu cür düşüncə tərzi isə insanları boş, mənasız məsrəflərə təhrik edir və həmişə onlara pul çatışmır. Hamının başa düşəcəyi dillə isə belə demək olar: Əgər xanım alış-veriş həvəskardırsa, onda bir qayda olaraq, ər çox xəsisdir. Amma digər tərəfdən baxsaq son zamanlar heç kişilər də dükanlardan yığışmaq bilmir….

Birdə ki, Azərbaycan mədəniyyətində adətən kişilər səxavətliliyi və ürək açıqlığı ilə seçilir, onlar pul xərcləməyi sevir və azəri xanımlar adətən daha qənaətcil olur və gizli-gizli pul yığmağı xoşlayır. Amma zaman anlayışı burda da təsirsiz ötüşməyib.

Yaxşı, gəlin məsələnin məğzinə keçək!

1. ƏN VACİBİ, ÖZÜNÜZƏ MƏQSƏD TƏYİN EDİN.

 Siz nəyin naminə «özünüzə qarşı çıxmaq» istəyirsiniz? Axı bu heç də asan olmayacaq! Lazımı vərdişlər heç də bir göz qırpımında yaranmır. Özünü daha böyük, daha gözəl, sizə olduqca böyük bir həzz gətirəcək və məmnunluq hissi bəxş edəcək başqa bir məqsədlə motivasiya etmək lazımdır. Bu həzz pulun ani xərcləndiyi zaman yaşadığınız hisslərdən qat-qat böyük olmalıdır ki, sizin iradənizi özünə tabe edə bilsin.

2. KREDİT KARTINDAN AZ İSTİFADƏ EDİN 

Nağd pula üstünlük verin. Sırf psixoloji nöqteyi-nəzərdən pulu əldən  xərcləmək daha çətindir, nəinki heç görünüşü ilə belə pulu xatırlatmayan plastik kartlardan.

3. ÇALIŞIN Kİ ƏMƏKHAQQINI ALDIĞINIZ VƏ YA SİZƏ BÖYÜK BİR MƏBLƏĞ GƏLDİYİ GÜN HEÇ NƏ ALMAYASINIZ

Düzdür böyük pullar adama baş gicəllənməsi gətirir, adama gəlir ki, əlində pul olanda nə istəsə edə bilər, lakin bu hiss sonda sizinlə çox pis zarafat edər. Almalı olduğunuz ən vacib şeylərin siyahısını yazın. Özünüzə söz verin ki, başqa nə almaq istəsəniz onu axıra saxlayacaqsınız, yəni əvvəlcə prioritet siyahıda olan şeyləri almalısınız. Bir qayda olaraq həmin ana qədər eyforiya hissi artıq adamı tərk etmiş olur.  Onda pulun bir hissəsini hətta kənara da qoymaq olar.

4. ÖZÜNÜZ ÜÇÜN PEŞƏKAR HƏDƏF MÜƏYYƏNLƏŞDİRİN

Mütəmadi olaraq həmin hədəfə çatmaq üçün müəyyən məbləğdə vəsait ayırın, unutmayın ki, bu sizin peşəkar inkişafınız üçün lazımdır. Aydındır ki, siz işinizi nə qədər effektiv icra etsəniz, gəlirləriniz də bir o qədər artıq olacaq. Düzdür bu heç də həmişə belə olmur, amma istisnalar qanunu inkar etmir.

5. O  QƏDƏR DƏ XƏSİS OLMAYIN

Qənaətcillik ilə bağlı bir məqalə üçün bir az paradoksal məsləhət kimi görünə bilər. Amma ataların bir məsəli var: Xəsis iki dəfə xərcə düşür.Yəni özünə qarşı həddindən artıq sərt davranmaq olmaz. Belə məqamda irəli düşmək istədiyiniz halda, geriyə getmiş olarsınız. Bir az qənaət etmək əvəzinə, özünüzü qınaya-qınaya, həm də əsəb pozuntusu qazanarsınız. Hər əmək haqqı alanda özünüz üçün «elə-belə» xərclik pulu ayırın. Hərdən-bir isə ay ərzində qənaət edilmiş məbləğdən özünüzə «mükafat» da təyin edə bilərsiniz.

6. GƏLİRLƏRİN VƏ ÇIXARLARIN SƏR-HESABINI APARIN

 Bu məsləhətin bəlkə də bir neçə min il yaşı var, lakin o hələ də öz aktuallığını itirməyib. Sadəcə bir dəftər götürmək və hər günün sonunda öz xərclərini kateqoriyalar üzrə bölüb yazmaq lazımdır. Pul alanda isə onları gəlir bölməsinə yazmaq və hər ayın sonunda «nə qədər pul getdiyini» hesablamaq olar.

7. İSTƏNİLƏN MƏHSUL VƏ MALLARI YALNIZ SİYAHI ƏSASINDA ALIN

Dəqiq sizə nə lazım olduğunu müəyyən etməmiş bazara getməyin. Belə də siz lazımsız məsrəflərdən qurtulmuş olacaqsınız, bəzən bizə xırda-para görünən bu xərclər sonda iri bir məbləğin əldən çıxmasına səbəb olur. «70% endirim» kimi reklam yazılarına inanmayın, axı siz bundan ötrü alış-verişə çıxmamısınız. Axı belə sadəlövh metodlar ilə satıcılar sadəcə öz anbarlarında qalmış mallarını «müştərilərə sırıyır» və bununla da qazanc əldə edirlər.

8. PULU NECƏ XƏRCLƏMƏYİNİZ BARƏDƏ ƏVVƏLCƏDƏN DÜŞÜNÜN

Pulu daha effektiv xərcləmə yollarını müəyyən edin. «Nə vaxt pulum olar, onda da bu haqda düşünürəm» -demək lazım deyil.  Təəssüf ki, statistika göstərir ki, lotereyada pul udmuş və ya böyük bir məbləği miras kimi almış insanların əksəriyyəti qısa zaman kəsiyində həmin puldan məhrum olurlar, çünki onlar pulu necə xərcləməli olduğunu bilmirlər. Yəni pula qənaət etməyi və onu idarə etməyi ötyənmək lazımdır.

9. «QARA GÜN ÜÇÜN» PUL AYIRIN

Gələcəkdə nə baş verə biləcəyindən xəbərdar olmaq insana lazım deyil, hər şeyə hazır olmaq qeyri mümkündür, amma bəzi maddi çətinliklərdən sığortalanmaq olar. Çünki belə çətinliklər ilə üzləşəndə insanlar panikaya düşür və üst-üstə böyük faizlər ilə çoxlu borc almağa başlayır.

10. Bəs siz heç vaxt balaca da olsa öz biznesinizin olmasını istəməmisiniz, hətta satış səviyyəsində? Məsələn özünüz düzəltdiyiniz bir şeyi başqasına satmaq və ya başqa bir adama bildiyinizi öyrətmək? Əlbəttə ki, təmənnasız yox, pul müqabilində. Məsələ ondadır ki, işgüzar adamın düşüncə tərzi, bədxərc insanın düşüncəsindən köklü şəkildə fərqlənir. Bu fərq nədədir? Elə hər şeydə. Inanın, bu o qədər də çətin deyil, sadəcə başlamaq lazımdır.

11.Əgər qazandığınız pul qarşılığında məcburi xərcləriniz həddindən artıq çoxdursa, onları azaltmağın yollarını fikirləşin. Məsələn kommunal ödənişlər baxımından da daha effektiv davranmaq yolları  həmişə mövcuddur.

12. BRENDLƏRƏ QARŞI MÜNASİBƏTİNİZ DƏYİŞİN

Əgər siz yalnız hər-hansı bir «super-Samsung»  alır və öz vərdişlərinizi dəyişmək istəmirsinizsə, onda bilin ki, «Leyblomaniya (etiket maniyası) çox reklam olunan brendlərdən asılılıqdan başqa bir şey deyil. Adətən istədiyin brenddən məhsul ala bilməmək ciddi psixoloji sarsıntıya səbəb olur. Bu gün elə bir məhsul yoxdur ki, o Çində istehsal olunması və tamamı ilə mümkündür ki, həmin brend məhsulunun daha ucuz alternativi var və keyfiyyət fərqi isə heç də böyük deyil.

Əgər bu məsləhətlərə uzun müddət ərzində əməl edə bilsəniz deməli heç də hər şey itirilməyib və sizdə mütləq alınacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR