Slimfit
  1. SİYASƏT

Qəmər adalarının nümayəndəsi: Biz azadlıq mübarizəmizi sonadək davam etdirəcəyik

Qəmər adalarının nümayəndəsi: Biz azadlıq mübarizəmizi sonadək davam etdirəcəyik
Sakura

Qəmər adalarının nümayəndəsi: Biz azadlıq mübarizəmizi sonadək davam etdirəcəyik

Fransa tərəfindən adalarımızda neokolonializm siyasəti hələ də davam etdirilir. İnsanlarımız əziyyət çəkir, bir yerdən başqa yerə köçürülürlər. Bu əziyyətlər nəticəsində minlərlə ada sakini həyatını itirib, on mindən çox insan adadan qovularaq çıxarılıb.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə sentyabrın 3-də Bakıda keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" mövzusunda beynəlxalq konfransda Qəmər Adaları İttifaqının BMT-də sabiq nümayəndəsi Mohamed Toihiri səsləndirib.

Sabiq nümayəndə konstitusiyada Qəmər adaları ilə bağlı dəyişiklik edilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Fransa beynəlxalq hüququn prinsiplərinə zidd hərəkət edir və ada sakinlərinin hüquqlarını nəzərə almır.

“Biz azadlıq mübarizəmizi sonadək davam etdirəcəyik”, - deyə Mohamed Toihiri diqqətə çatdırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR