Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qəlyan və elektron siqaret də ağciyər xərçəngi yaradır

Qəlyan və elektron siqaret də ağciyər xərçəngi yaradır
Sakura

Qəlyan və elektron siqaret də ağciyər xərçəngi yaradır – Müalicəsi çətin olan ağciyər onkologiyası barədə…

Son bir neçə ildə məşhur insanlarını da ağciyər xərçəngindən itirən Azərbaycanda bu onkoloji xəstəlik aşkarlanan insanların, xüsusən orta yaşlı kişilərin sayı artıb.
 
Digər xərçəng növlərindən daha ağır olması ilə seçilən bu xəstəlikdən xilas olmaq çətin olsa da mümkündür. Təəssüf ki, 4-cü mərhələdə aşkarlanan xəstələrə əməliyyatdan imtina olunsa da, Türkiyədə LİV Hospitalda hətta 3-4-cü dərəcəli ağciyər xərçəngi xəstələri üçün bir ümid ola biləcək müalicə metodları var.
Liv Hospitalın döş qəfəsi xəstəlikləri cərrahı, professor Celaletdin Kocatürk Medicina.az –a müsahibəsində ağciyər xərçənginin müasir əməliyyat və müalicəsindən danışaraq, maraqlı açıqlamalar verdi.
 
 
 
AĞCİYƏR XƏRŞƏNGİ GEC MƏRHƏLƏDƏ ƏLAMƏT VERİR.
 
QAN ANALİZİ, RENTGENLƏ DİAQNOZ QOYULMAZ. MÜTLƏQ KOMPÜTER TOMOQRAFİYA ÇƏKİLMƏLİDİR.
 
 
-Həkim, son illər Azərbaycan çox məşhur insanlarını məhz ağciyər xərçəngindən itirdi. Çox zaman həkimlər xəstəni əməliyyat belə etmirlər ki, artıq gecdir. Bu orqan bu qədərmi çətin müalicəyə tabe olur və insan necə etsin ki, ağciyər xərçəngini lap başlanğıcda aşkar edə bilsin?
 
-Ağciyər xərçənginin bizdə - Türkiyədə də erkən diaqnoz olunması çətin məsələdir. Çünki bu xəstəlik çox nadir halda erkən mərhələdə əlamət verir. Ağciyərlər ən böyük orqanlarımızdır. Üstəlik ağciyər toxumasının ağrı reseptorları yoxdur. Bu səbəbdən gec aşkara çıxır. Əgər şiş döş qəfəsinə yaxın yerdə və ya nəfəs borusuna yaxın yerləşirsə güclü öskürək, qanlı bəlğəm olur, xəstə narahat olub həkimə gedir. Qalan hallarda hər şey gizli gedir. Şiş çox böyüyüb yayılandan, 3-4-cü dərəcəyə keçəndən sonra xəstə oyanır. Həkimə gec gəldiyində də hər şey gecikmiş olur. 
 
Diaqnoz üçün bir qan testi yoxdur. Nəfəs testi də yoxdur. Bir rentgen üsulu var. Amma normalda rentgen çəkimində yeni başlayan, nöqtə boyda bir şişin görünməsi mümkün deyil. Ona görə kompüter tomoqrafiyası çəkilməlidir.
 
Ağciyər xərçəngi ən çox ölümə səbəb olan xərçənglərdən biridir. 
Müalicəsi də gec mərhələdə mümkün deyil.
 
Biz kimləri əməliyyata alırıq: 1-2ci mərhələdə gələnləri həmən an əməliyyata alırıq. 3-cü dərəcədə gələnlərin də bəzilərinə əməliyyat edirik. 4-cü dərəcədə isə təəəsüf ki, əməliyyat olmur. Sadəcə radiotarepiya, kimyaterapiya ilə xəstəyə bir az dəstək veririk. 
 
Tez diaqnoz qoyulması üçün ən riskli qruplar var ki, onlar daim diqqətli olmalıdır: 
1. 50 yaşın üzərində olan kişilər və çox siqaret çəkən qadınlar
2.İldə 25 qutudan artıq siqaret çəkən insanlar
3.Nəsildə, ailədə ağciyər xərçəngi olanlar
 
Bu insanlarda 7-8 dəfə risk çoxdur.
Onlara ildə bir dəfə KT çəkilir. Şübhəli bir şey varsa,  incələnir. Bunları ayırd edib, lazım gələrsə biopsiya alınır. Əgər heç nə çıxmasa təqib olunur.
Şübhəli törəmənin xərçəng olması ehtimalı çoxdur. Biopsiya da müsbət cavab verərsə, dərhal əməliyyat olunur. 
 
Xəstə erkən dönəmdə əməliyyat olarsa, sağalma ehtimalı 90%-dir. Əgər gec mərhələdə gələrsə 15%- sağalma ola bilər.
 
 
 
-Bizim insanlarda öskürək, bronxit çox yayılıb. Hər öskürəkdən şübhələnmək lazımdırmı? Ağciyərləri tez-tex xəstələnən insanın gələcəkdə xərçəng olma ehtimalı varmı?
 
-Risk qrupuna daxil deyil. Hər qanlı bəlğəm gələn insan ağciyər xərçəngi demək deyil. Bronxit, vərəm, frangit, haymorit çox səbəblər ola bilər. 
Ağciyərlərin onlarla xəstəliyi var. Amma ürəyin rahat olması üçün MRT çəkdirməkdə, KT etməkdə fayda var. 
 
-Ən çox kişilər yaxalanır bu xəstəliyə?
 
-Deməzdim, qadınlarda birinci yerdə süd vəzi, ikinci yerdə ağciyər xərçəngidir. Kişilərdə birinci yerdə prostat, sonra ağciyər xərçəngi gəlir. Hər iki cinsdə var. Amma ən çox ölümə səbəb olan ağciyər xərçəngidir. 
 
-Əməliyyat hansı metodla olunur, nə kimi texnologiyalar tətbiq edirsiz?
 
-Erkən mərhələdə laporoskopik – qapalı, torokospik əməliyyat olunur. Robotik cərrahiyə tətbiq olunur. Ağciyərdən şiş götürülür, lazım gələrsə bir pay götürülür. Ətrafdakı limfa vəzləri alınır. Əgər tez mərhələdə olunarsa, xəstələrin 94%-i xəstəlikdən tamam qurtulur. İstənilən halda əməliyyat lazımdır.
 
Olub ki, 3cü dərəcədə 4-cü  dərəcənin başlanğıcında xəstənin vəziyyətinə baxıb əməliyyat etmişik. Şiş hüceyrələri çox yerə yayılıbsa, onlara fotodinamik müalicə təyin olunur və ya hədəfə yönəlmiş radioterapiya edilir. 
 
Xərçəng hüceyrəsindən testlər edirik və o hüceyrəyə uyğun dərman terapiyası aparılır. 
 
-Nə qədər ömür müddəti verilir?
 
-Normalda 1-4cü dərəcə bütün ağciyər xərçəngi üçün xəstələrin ortalama  yaşama müddəti 8 aydır. 4-cü dərəcədə ortalama sağ qalma 4-6 aydır. Amma bu müalicə olunmazsa. Əgər müalicə olunsa, xəstənin xilas olma ehtimalı da var. Hətta 4-cü dərəcəli ağciyər xərşəngi olan xəstə belə uzun illər yaşaya bilər.
 
Mənim xəstəm var,  həm də mənim yaxın dostum idi. 4-cü dərəcədə idi, şiş hər yerinə yayılmışdı. Bİz ona özəl əməliyyat etdik, o xəstəyə uyğun fərdi dərman müalicəsi təyin etdik. 8 il keçib, indi normal şəkildə yaşayır, görsəz xəstə olduğunu bilməzsiz. 
 
Amma biz hər ağciyər xərçəngini belə sağaldarıq iddiasını irəli sürmürük, bu çox böyük çıxar.  Biz bunu vəd edirik: ağciyər xərçəngi diaqnozunu qoyduğumuz xəstəyə ağılla, məntiqlə, təcrübəmizlə,dünyadakı son müasir çalışmalarla yanaşaraq, ona özəl müalicə sxemini hazırlayırıq. Çoxlu testlər edirik, müayinələrlə qərar veririk. Hansı yolla qurtulma ehtimalı çoxdursa onu edirik. Bu müalicədən bəziləri çox fayda görür, tamam qurtulur, bəzilərinin sadəcə ömrü bir az uzanır, bəziləri də ağrıdan qurtulur. Bunları etmədən görmək olmaz. Hər xəstənin reaksiyası da fərqlidir.
 
Biz xəstələrlə ümid alveri etmirik. Təbii ki, hər xəstə ümid istər, ümid onun içində olmalıdır. Həkim isə boşuna ümid verməməlidir. Sadəcə işini düzgün görməlidir. 
 
 Müasir insanın ağciyər xərçənginə tutulması ehtimalını artıran səbəblər də var:
siqaret, içki, hava, zərərli maddələr, konsaregen maddələr. 
 
 
-Azyaşlı uşaqlarda tutulma ehtimalı varmı?
 
-Çox az rast gəlinir. Əgər ailəsində ağciyər xərçəngi çox rast gəlinirsə, uşaqlarda, gənclərdə da tez üzə çıxa bilir. 
Bu uşaqların illik müayinədə olması lazımdır. Getdikcə ailələrdə xərçəng çoxaldığından gələcək övladlar da risk altındadır. 
-Niyə indi insanlarda şiş xəstəlikləri yaranır, yayılır?
 
-Əslində keçmişdə də xərçəng var idi. Ulu babalarımızın, nənələrimiin nədən öldüyünü bilmirik. Yaşlandı, xəstələndi, ürəyi durdu öldü. MRT yox, KT, yox, diaqnoz yox, həkim yox. Təbii ki, insan nədənsə ölür. 
 
Müasir insanın ağciyər xərçənginə tutulması ehtimalını artıran səbəblər də var: siqaret, içki, hava, zərərli maddələr, konsaregen maddələr. Qorunmaq üçün ilk növbədə siqareti tərgitmək lazımdır.
 
Bir xərçəng şişinin yaranması üçün müəyyən zaman tələb olunur. Vücudumuzda milyardlarla hüceyrə var, hər hüceyərnin öz ömrü var. Hüceyrə öldükdən sonra onun yerində yeni eyni heceyrədən yaranmalıdır. Əgər hücveyrənin yerinə pozulmuş bir hüceyrə yaranarsa, o artıq xərçəng hüceyrəsi sayılır.
 
Bütün bu proseslərə bizim genetikamız nəzarət edir. Genetik sisteminə güvənmək də olmur. Yuxusuzluq, pis qidalanmaq, kimyəvi maddələr, içki, siqaret genetikamızı pozur, immunitetimizi zəiflədir. Ona görə mənim babam, dədəm siqaret çəkirdi, top kimiydi, 100 yaşında öldü deyib arxayın olanrlar bilsin ki, o dədə ilə indiki dədənin arasında çox fərq var. Müasir insanlar xərçəngdən sığortalanmayıb. Hətta həkimlər də, mən də xərçəng ola bilərəm. 
 
 
 
 
-Ağciyər xərçəngi ötürülə bilirmi? Nəfəsə, öpüşmə ilə, bəlğəmlə?
 
-Xeyr, ötürülmür, yoluxucu deyil. Öskürəklə keçməz. Yaxın təmasda bir qadağa yoxdur. 
 
-Bəs ağciyərin başqa xəstəliklərinin, vərəmin əməliyyatla tam müalicəsi varmı? 
 
-Var. İllər öncə tuberkulezda çox əməliyyat edirdik. Amma indi dərman müalicəsi o qədər yaxşı nəticə verir ki, əməliyyata gərək olmur. Dərmana dirənçli, heç cür sağalmayan vərəmli xəstələri əməliyyat edirik. Vərəm müalicəsini zamanında düzgün və sona qədər aparmaq lazımdır. Amma bu gün də əməliyyat etdiyimiz vərəmli xəstələr var. Onlar 100% sağalır.
 
 Elektron siqaretlərdə də zərər verən maddələr var. Bu da siqaret imperiyasının bir tələsidir.
Siqaret çəkin tərgitmək istəyənləri elektron siqaret adı ilə yeni bir tələyə salır.
 
 
-Birdən birə siqareti tərgitmək deyirlər xərçəng yaradır. Ağciyərlər gündəlik öyrəşdiyi tütün dozasını almayınca hüceyrələr dəyişir. Qəlyan çəkmək, elektron siqaret – bunlar da ağciyərlərdə xərçəng yaradırmı?
 
-Siqareti biraxdı, 1-2 aya xərçəng oldu fikri yanlışdır. Çünki xərçəngin yetişməsi üçün 5-6 il vaxt lazımdır. O insanda xərçəng var idi, sadəcə siqareti buraxmaqla üst-üstə düşdü. Bir xəstə hüceyrədən 2 hüceyrə yaranması üçün ortalama 100 gün lazımdır. Xərçəng qəfildən 1 aya yetişməz. Bir insan siqareti tərk etdiyində 1-2 aya sağlam olmaz. Bunun üçün 10-15 il vaxt lazımdır. Yoxsa həmişə xərçəng olma riski qalacaq.
 
Elektron siqaretlərdə də zərər verən maddələr var. Bu da siqaret imperiyasının bir tələsidir. Siqaret çəkin tərgitmək istəyənləri elektron siqaret adı ilə yeni bir tələyə salır. Siqaret sektoru pul itirməmək üçün isidilmiş siqareti meydana atıb. Çox zərərlidir. Qəyanda da tütün var, bir də içində ətirli maddələr var.
 
Qəlyandan daha çox qətran çəkir ciyərlər. Siqaretin içində 3000 adda xərçəng yaradan maddə var. Tütünə qatılan yanıcı maddə kanserogendir. 
 
-Digər orqanlarında xərçəng olub, ağciyərlərə metastaz verən xəstələri də siz əməliyyat edirsiz.
 
-Bəli, bu tip əməliyyatları da çox edirik. Vücuddakı istənilən xərçəng növü ağciyərlərə metastaz verir. Çünki ən böyük qan dovr edən orqandır. Qanla şiş hüceyrələr gəlir. Xəstənin tənəffüsünü notmallaşdırmaq üçün əməliyyat lazımdır. Insan bir ağciyərlə yaşaya bilər.
 
Amma ağciyəri tamam almırıq, şiş olan hissəni kəsirik. Nəfəs borusu xərçəngini, nəfəs borusundakı darlığı da biz əməliyyat edirik. 
 
LİV HOSPİTALIN Bakı əlaqələndiricisi:
+90 554 871 05 92
 
 
AYGÜN MUSAYEVA
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR