Dərc edildi: Baxış sayı: 2658
Qələbə xəbərini verərkən ağlayan aparıcıya ağır itki üz verib
"İTV Xəbər"in aparıcısı Jalə Həsənovaya ağır itki üz verib.
Ens.az "MediaPost"-a istinadən xəbər verir ki, ötən gün sənətçinin anası vəfat edib.
O, bu barədə sosial media hesabında yazıb:
"Jalə, birdən mənə nəsə olsa, arxamca çox ağlamayın, cavan-cavan oğullar şəhid olur, onların ruhundan, analarının göz yaşından ayıbdır...
Amma bacarmıram, mələküzlü anam... Axı, sənə söz vermişdim, səni Şuşaya aparacaqdım. Niyə səbr etmədin? Deyirdin Şuşanın xəbərini sən deyərsən, yaxşı, Jalə? Bundan sonra desəm, eşidəcəksən? Amma sənə söz verirəm, bayrağımız Şuşaya sancılsın, ilk çıxan Xarı Bülbülü dərib, sənə gətirəcəm. Sənə söz verirəm...
Ruhun şad olsun, mələküzlüm".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət