Slimfit
  1. SİYASƏT

Qələbə qazanacağımıza inanıram - Əli Əhmədov

Qələbə qazanacağımıza inanıram - Əli Əhmədov
Sakura

Qələbə qazanacağımıza inanıram - Əli Əhmədov

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən 123 namizəd dairə seçki komissiyalarında rəsmi qeydiyyata alınıblar. Yeni Azərbaycan Partiyası parlament seçkilərində partiya kimi iştirak etmək hüququ qazanıb.

Axar.az xəbər verir ki, Bu fikirləri Azərbaycan Respublikası Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov öz rəsmi Feysbuk səhifəsində paylaşıb.

"Diqqət çəkən xüsusi məqam odur ki, seçki prosesində iştirak etmək məqsədi ilə DSK-lara müraciət edənlərin sayı 2000 nəfərdən artıqdır. Deməli, 9 fevral seçkilərinə böyük maraq var və çoxlu sayda namizədlərin irəli sürülməsi, qeydiyyata alınması seçki prosesinin tam demokratik mühitdə həyata keçirilməsindən xəbər verir. Reallıq radikal müxalifətin iddia və yalan təbliğatının əksini göstərir.

Partiyamızın fevral ayının 9-da növbəti qələbə qazanacağına inanıram, namizədlərimizə uğurlar diləyirəm", - deyə Ə.Əhmədov qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR