Slimfit
  1. MARAQLI

Qəhvənin yeni xüsusiyyəti kəşf edildi - arıqlamaq üçün faydalı ola bilər

Qəhvənin yeni xüsusiyyəti kəşf edildi - arıqlamaq üçün faydalı ola bilər
Sakura

Qəhvənin yeni xüsusiyyəti kəşf edildi - arıqlamaq istəyənlər üçün faydalı ola bilər

Ens.az bildirir ki, Danimarkanın Arhus Universitetinin tədqiqatçıları qəhvənin nəinki gümrahlaşdırdığını, həm də insanın dad reseptorlarına  gözlənilməz təsir göstərdiyini müəyyən ediblər.

Alimlərin fikrincə, müntəzəm olaraq qəhvə içən insana hər hansı bir yemək daha şirin və daha acı görünür. Tədqiqatların nəticələri “Foods” elmi jurnalında dərc edilmişdir. Təcrübə zamanı mütəxəssislər qəhvə həvəskarlarının qoxu və dad təəssüratlarının necə dəyişdiyini sınaqdan keçiriblər. Bunu etmək üçün fərqli cins və yaşdakı 156 könüllü cəlb olunub və içkinin qoxu hissinə təsir etmədiyini, dadın qavranılmasının isə  əhəmiyyətli dərəcədə dəyişdiyini tapıblar.

Tədqiqatın rəhbəri,  Danimarka alimi Aleksandr Vik Feldstad, "İnsanlar qəhvə istehlak etdikdən sonra  şirniyyata daha çox  həssas və acılara daha az həssas oldular" deyib.

Təcrübənin dəqiqliyi üçün mütəxəssislər eksperimenti kofeinsiz qəhvə ilə təkrarlayıblar. Nəticələr eyni olub, buna görə alimlər  kofeinin dad reseptorlarına təsir etmədiyi qənaətinə gəliblər. "Yəqin ki, qəhvədəki hansısa acı maddə belə bir təsir yaradır" deyib Feldstad. Tədqiqat müəllifləri qeyd ediblər ki, yüksək kakao tərkibli tünd şokoladın niyə qəhvə ilə ideal bir şirin yemək hesab olunduğu aydın olub – “bu içki ilə birlikdə onun dadı daha yumşaq olur".

Bu kəşf, arıqlamaq istəyən hər kəs üçün yaxşı xəbər ola bilər, ancaq şirniyyatlara olan həvəsinin öhdəsindən gələ bilmir. Əksər balanslı qidalanma sistemləri tərkibində çox miqdarda şəkər olmayan,   südsüz, tünd şokoladı az miqdarda yeməyə icazə verir. Bununla belə, tünd şokolad bir çoxuna kifayət qədər şirin görünmür, amma onu qəhvə ilə birləşdirsəniz, vəziyyət yaxşılığa doğru dəyişə bilər.

Alimlər eyni zamanda qəhvənin dad reseptorlarına təsirinin qısa müddətli olduğunu qeyd ediblər. Bütün könüllülər hiss etdikləri dəyişiklikləri yalnız içki içmə müddətində fərq etdiklərini vurğulayıblar.

 

Mənbə: passion.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR