Slimfit
  1. AZƏRBAYCAN

Qədim torpağımızdan son görüntü

Qədim torpağımızdan son görüntü
Sakura

Qədim torpağımızdan son görüntü

Ermənistanın məhşur  elektron-xəbər saytlarından biri olan "SİVİLNET.am"-nın analitik-jurnalisti Tatul Hakopyanın "Qarsın bir parçası" adlı videosu Ermənistan ictimaiyyəti arasında marağa səbəb olub. 

Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya BDU-nun Erməni araşdırmaları Elmi-Tədqiqat və Tədris Mərkəzinin  rəhbəri İsmayıl Tanrıverdi məlumat verib. O, bildirib ki, qeyd edilən materialda 1920 -ci ildə Qarsın bir parçası olan Ağbaba mahalının Ermənistana verilməsi haqqında qısa məlumat verilib. T. Hakopyan onu da vurğulaır ki, guya bu torpaqlar qədim erməni torpaqları olub və türklər buraları işgal etmişlər.

Videoda Ağbaba mahalının aynası kimi tanınan "Arpa" gölü və ətraf  kəndləri haqqında da maraqlı məlumatlar var. Buradan məlum olur ki, 1988-ci ildə Ermənistandan məcburi köçürülmüş azərbaycanlıların yaşayış məntəqələrinin adları dəyişdirilsə də, 30 il keçməsinə baxmayaraq, hələ də əksər kəndlərin adlarını əvvəlki türk adları ilə çəkirlər. Məsələn: Quzukənd, Güllücə, Qoncalı və sair.

Bundan başqa, diqqət çəkən məqamlardan biri də odur ki, jurnalist T. Hakopyan əsl erməni xarakteri nümayiş etdirərək yol kənarlarında olan qəbirsanlıqların necə qorunmasından həvəslə danışır. Videoda Yeniyol kəndinin qəbirsanlığı nümayiş etdirilir. Halbuki, kəndlərin çoxunda qəbir daşları və qəbirlər dağıdılmış
vəziyyətdədir. 

İsmayıl Tanrıverdi erməni jurnalistin hazırladığı videomaterialı da Azərbaycan dilinə tərcümə edib. Həmin materialı oxuculara təqdim edirik:

Erməni nümayəndə  heyətinin rəhbəri Aleksandr  Xatisyan və Türk generalı, XV Ordu Korpus Komandanı Kazım Qarabəkir.    (Xəritədə Ağbaba mahalı  açıq qəhvəyi rəngdə göstərilib.)

 

Yeniyol  qəbirsanlığı

 
 

Şurabad kəndi adı dəyişdirilərək Pağakn qoyulub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR