Slimfit
  1. MARAQLI

Qədim Misirin mistikası - 500 tonluq daşları kim və necə qaldırıb?

Qədim Misirin mistikası - 500 tonluq daşları kim və necə qaldırıb?
Sakura

Qədim Misirin mistikası - 500 tonluq daşları kim və necə qaldırıb?

 

Alimlər bu günə qədər də Qədim Misirin sirləri üzərində baş sındırırlar. Bəzi tarixi faktlar qarşısında arxeoloqlar və alimlər çıxılmaz vəziyyətdə qalırlar. Bu günə qədər də nəhəng piramidaların, heykəl və məbədlərin necə inşa edildiyi, ucaldıldığı barədə məntiqi açıqlama yoxdur. Görünən odur ki, 4-6 min il əvvəl Nil vadisində yaşayan insanlar fantastik mühəndislik və inşaat texnologiyalarına sahib olublar. Qısa müddət ərzində Qədim misirlilər məşhur piramidaları inşa ediblər. Eyni zamanda bu inşaat zamanı möhkəm materialların emalında qeyri-adi ustalıq nümayiş etdirilib. Sonra isə bu texnologiya və elmlər izaholunmaz səbəbdən yoxa çıxıb.

Oxu.Az Qədim Misirin bəzi sirləri haqqında yazını təqdim edir:

Sarkofaqların hazırlanması

Qədim Misirin bir çox sənət əsəri dəfn kultu ilə bağlıdır. Möhkəm və uzunömürlü materiallardan hazırlanan abidələr günümüzə qədər gəlib çatıb. Ən geniş yayılan material isə daşdır. Bəzi sarkofaqlar isə mərmərdən hazırlanıb. Həm də qeyd etmək yerinə düşər ki, sarkofaqlardan başqa mərmərdən digər məqsədlər üçün də istifadə edilib. Ustalar mərmərləri qeyri-adi peşəkarlıqla cilalayıblar. Müasir maşın avadanlığı və texnologiya olmadan mərməri necə emal ediblər, sarkofaq hazırlayıblar, anlaşılmazdır.

Memnon nəhəngləri

Nil çayının qərb sahilində, Luksorun qarşısında iki nəhəng heykəl var. Heykəllər III Amenhotepin hakimiyyəti dövründə ucaldılıb. Ehtimal edilir ki, heykəllər öz sərdabəsinin qarşısında oturan fironu təsvir edir.

Bu gün heykəllərin üzü tanınmaz vəziyyətdə olsa da, nəhəng ölçüləri həm alimləri, həm də turistləri heyrətləndirir. Bundan əlavə, heykəllərin hansı texnologiya ilə hazırlanması da naməlumdur. Memnon nəhəngləri kvarsdan hazırlanıb və hündürlüyü 18 metr, ağırlığı isə 750 tondur. Heykəllər 500 ton çəkisi olan pyedestalların üzərində dayanır. Görəsən, Qahirə yaxınlığındakı karxanalardan çıxarılan nəhəng kvars blokları buraya necə gətiriblər? Karxana ilə heykəllərin olduğu ərazi arasında 670 km məsafə var, bəs 500 tonluq daşları hansı nəqliyyatla daşıyıblar?

II Ramzesin heykəli

Nilin qərb sahilində, qədim Fiva şəhəri ilə üzbəüz firon II Ramzesin məbədi var (Eramızdan əvvəl XIII əsrdə yaşayıb). Hazırda məbəd dağıntılar altında qalsa da, yenə də möhtəşəmliyi bilinir. Ramzes məbədi və heykəllər əhəng daşından hazırlanıb.

Burada maraqlı bir məqam var. Həyətdə məbəddən başqa II Ramzesin heykəlinin qalıqları var. Alimlərin fikrinə əsasən, heykəlin hündürlüyü 18 metr, çəkisi isə 1000 tondur. Heykəlin dayandığı pyedestalın ağırlğı isə 750 tondur. Maraqlıdır ki, heykəl çəhrayı mərmərdən hazırlanıb. Sual yaranır, o dövrdə hansı texnologiya ilə?

Xrustal gözlər

Qədim Misirin heykəllərində başqa bir sirr də gizlənir. Əhəng daşından və ağacdan hazırlanmış bəzi heykəllərin xrustal gözləri də var. Etiraf etmək lazımdır ki, belə xrustal gözlər çox az tapılsa da, onların keyfiyyəti o qədər yüksəkdir ki, cilalama dəzgahı olmadan bunu necə əldə etmələri təəccübə səbəb olur. Başqa maraqlı bir fakt isə insan heykəllərinin gözlərinin işıqlanma bucağından asılı olaraq rəngini dəyişməsidir.

Məsələn, firon Xoranın ağacdan hazırlanmış heykəlinin gözləri gah mavi, gah boz rəngdə olur, bəzən isə tamamilə fərqli görünür. Berkli universitetinin professoru Cey Enox tədqiqatına əsasən bildirir ki, bu şüşə mulyajlar forma və optik xüsusiyyətlərinə görə real insan gözü ilə çox oxşardır. Qədim misirlilər isə eramızdan əvvəl 2500-cü ildə linzaların peşəkar istehsalına nail oldular. Bundan sonra texnologiya 700 il müddətinə yoxa çıxdı. Sonradan bu sənət yenidən bərpa edilsə də, qısa müddət sonra yenidən unuduldu. Növbəti əsrlərdə misirlilər heykəlin gözünü sadəcə rəngli boya ilə çəkirdilər.

Piramidalar üçün daş bloklar

Piramidalar Misirin vizit kartıdır. Görəsən 4-5 min il əvvəl bu nəhəng binalar necə inşa edilib? Bu barədə tarixçilərin bir neçə hipotezi var. Hipotezlərin əksəriyyətinə əsasən, daş bloklar karyerlərdə mis külüng və ling vasitəsilə kəsilib. Amma bu günə qədər də sözügedən alətlər tapılmayıb. Başqa bir sual da maraqlandırır: Qranit, bazalt kimi ağır daş blokları inşaat meydançasına necə aparıblar?

Məlum olub ki, qranit bloklar müasir Asuan şəhəri yaxınlığındakı daş karxanalarında hazırlanıb. Blokları qayalardan çapıblar. Amma qədim ustaların hamar blokları necə hazırlamaları sirr olaraq qalıb. Bunun üçün hansı alətlərdən istifadə olunması alimlər üçün bu gün də müəmmadır.

Cilalama və oyma

Cedkar piramidası günümüzə qədər gəlib çatmayıb. Amma onun yanında əhəng daşı bloklarından hazırlanmış döşəmənin fraqmentləri tapılıb. Bloklar bir-birinə çox ustalıqla bərkidilib və hamarlığı mükəmməldir. O dövrdə daş emal etmək üçün qurğular olmadan bunu necə ediblər? Qədim Misirin bir çox tarixi abidəsində inşaat materiallarının emalının keyfiyyəti müəmmaya səbəb olur. Məsələn, Menakur piramidasında divarlar naməlum alətlə hamarlanıb. Abusirdə olan məbəd kompleksində isə iri qranit bloklar var. Onların cilalanması da müəmmadır.

Deyr-əl-Bəhridəki Xatşepsut məbədində isə fasad da sirr olaraq qalır. Bundan başqa Saxura məbədindəki bəzi fraqmentlər də hansı texnika ilə hazırlanıb, sirr olaraq qalır...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR