Qədim insanlar arasında dəfn ayinlərinin sirri açılıb
Bu barədə Phys.org xəbər yayıb.
Tapıntı Neandertal insanların ibtidai cənazə ayinləri və ya “ölüm ritualları” tətbiq etdikləri fərziyyəsini təsdiqləyir.
Qalıqlar başdan belə qədər hissəni əhatə edir. Skelet arxası üstə uzanmış, sol əlini başın altına qoymuş vəziyyətdə olub. Çöküntü təbəqəsi səbəbindən əzilmiş kəllə yanında olan daş, təkrar dəfn edilən Neandertallar üçün bir növ işarə ola bilər. İlkin tədqiqata görə, sümüklərin 70 min il yaşı var.
1950-1960-cı illərdə Şanidar mağarasında kəşf edilən Neandertalların onlarla parçalanmış skeletlərindən birinə palçıq və çiçəklərdən hazırlanmış qarışıq sürtülüb. Bu, 30-45 yaş arasında insana aid sümüklərin çiçəklərlə basdırıldığını sübut edib.
Bununla da tapıntı qədim insanların dəfn ənənələrinin ilk sübutu kimi qəbul edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət