Slimfit
  1. MƏDƏNİYYƏT

Qədim Azərbaycan kəlağayısı - xanımların zərif örpəyi...

Qədim Azərbaycan kəlağayısı - xanımların zərif örpəyi...
Sakura

Qədim Azərbaycan kəlağayısı - xanımların zərif örpəyi...

İncə toxunuşu, zərif duruşu və rəngarəng naxışları iləgöz oxşayan qədim Azərbaycan kəlağayısı Azərbaycanda qədimdən istehsal olunur. Belə ki, qadınların müasir kəlağayılara bənzər baş örtüyündən istifadəsi (eramızdan əvvəl V- VI əsrlərdə İran şahı I Daranın zamanında) saray qadınları arasında geniş yayıldığı barədə bəzi mənbələrdə qeyd olunub.

Əsrlərdir kəlağaıya olan maraq bu günümüzə qədər gəlib çatmışdır. Artıq müasir Azərbaycan xanımları və dünya qadınları da bu zərif örpəklərdən həvəslə istifadə edir.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il, noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Kəlağayı faylı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb. Mehriban Əliyevanın səyləri və çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycan ilə UNESCO arasında yüksək etimada əsaslanan əməkdaşlıq qurulub, bu əməkdaşlığın və Azərbaycanın birinci xanımının qayğısının nəticəsi olaraq UNESCO-nun müvafiq siyahılarında yer alan mədəni irs nümunələrinin qorunması və inkişafı üçün ölkəmizdə əhəmiyyətli tədbirlər həyata keçirilib.

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin UNESCO yanında daimi nümayəndəliyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə həyata keçirdikləri çoxşaxəli fəaliyyət nəticəsində Komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiq etmiş oldu.

Əlbəttə ki, Azərbaycanın mədəniyyət həyatında baş verən bu tarixi hadisə Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizin qorunmasına, ölkəmizin mədəniyyətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir.

Xatırladaq ki, kəlağayıdan başqa Azərbaycanın muğam ifaçılıq sənəti, aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçası, tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında daxil edilib.

 

Mənbə: Sia.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR