Slimfit
  1. SİYASƏT

Qebreyesus: “ÜST COVID-19 ilə mübarizədə göstərdiyi köməyə görə Azərbaycana minnətdardır”

Qebreyesus: “ÜST COVID-19 ilə mübarizədə göstərdiyi köməyə görə Azərbaycana minnətdardır”
Sakura

Qebreyesus: “ÜST COVID-19 ilə mübarizədə göstərdiyi köməyə görə Azərbaycana minnətdardır”

“Bu videokonfransa dəvət etdiyi üçün Azərbaycan Prezidentinə təşəkkür edirəm. Həmçinin COVID-19 ilə mübarizə üçün 5 milyon ABŞ dolları ayırdığı üçün Azərbaycan hökumətinə də təşəkkür edirəm”.

Ens.az “Report”-a istinadən xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhan Qebreyesus Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən videokonfransı zamanı deyib.

Bundan əvvəl Azərbaycan hökuməti dünyada koronavirus infeksiyasının yayılma riskinin qarşısını almaq üçün beynəlxalq səylərə töhfə olaraq ÜST-nin Strateji Hazırlıq və Reaksiya Planı çərçivəsində COVID-19 Fonduna beş milyon ABŞ dolları həcmində könüllü maddi yardım göstərilməsi barədə qərar qəbul edib.

T.A.Qebreyesus qeyd edib ki, ÜST Qoşulmama Hərəkatı ölkələrini koronavirusla mübarizədə dəstəkləyir: “Belə qlobal epidemiya şəraitində millətlər və dövlətlər həmrəy olmalıdırlar. Bu ilin yanvar ayında koronavirusun pandemiya elan edilməsindən sonra virus bütün ölkələrdə həyatın siyasi, iqtisadi və sosial sahələrinə təsir etdi, panika çaxnaşma yaratdı. O, inkişafda ciddi problemlər yaratdı. Qarşımızda sadə missiya var - planetimizi qorumaq. İndi bütün maraqlı tərəflər, dövlətlər və özəl sektor bunun üçün hər şeyi etməlidir. Buna görə də bu mərhələdə hərtərəfli beynəlxalq əməkdaşlıq dəyərlərinin möhkəmləndirilməsi çox vacibdir”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR