Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qəbizliyi aradan qaldıran, arıqlamağa kömək edən faydalı yarma

Qəbizliyi aradan qaldıran, arıqlamağa kömək edən faydalı yarma
Sakura

Qəbizliyi aradan qaldıran, arıqlamağa kömək edən faydalı yarma

Arpa yarması çox faydalı deyitik məhsuldur. Arpa bir çox vitaminlər (A, B, E, K) və minerallar (fosfor, selen, kalium, maqnezium, sink və s.), fol və nikotin turşuları, qidalı liflərlə zəngindir.

Arpa yarması sıyığı və bu yarmadan hazırlanmış tərəvəz supları bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizlikdən azad edir. Arpa yarması qidalı liflərlə olduqca zəngindir ki, bu liflər bağırsaqlara "süpürgə" kimi təsir edir.

Ümumiyyətlə arpa yarması mədə-bağırsaq sistemi üçün çox faydalıdır. Arpa yarmasının həlimi mədədə iltihab, qastrit, xoralar, eroziyalar zamanı çox yaxşı müalicəvi təsir edir. Belə həlim hazırlamaq üçün 250 qr arpa yarması üçün 1,5 l qaynar su görtürülür. Arpanın üzərinə su tökün və vam odda 30 dəqiqə ərzində qaynadın. Selikli həlim alınmalıdır. Bu həlimi soyuducuda saxlayın (2 gündən artıq saxlamaq olmaz) və gün ərzində 3 dəfə qida qəbulundan 20 dəqiqə əvvəl 100 ml həcmində qəbul edin. Həlim mədənin selikli qişasını qoruyur, xora və eroziyaların sağalmasını sürətləndirir, antiseptik və iltihabəleyhinə təsir göstərir.

Arpa yarması qanda xolesterinin səviyyəsini aşağı salır.

Bu yarma həmçinin arıqlamağa da kömək edir. Səhər yeməyi zamanı 1 boşqab apra yarması sıyığı yeyin. Bu sıyıq sizi uzun müddət ərzində toz saxlayacaq və nahar yeməyi zamanı siz daha az qida qəbul edəcəksiniz.

Kalium və maqneziumla zəngin olan arpa yarması ürək üçün də çox faydalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR