Slimfit
  1. İDMAN

“Qəbələ”nin məşqçisi hakimə etiraz etdiyi üçün cəzalandırılıb

“Qəbələ”nin məşqçisi hakimə etiraz etdiyi üçün cəzalandırılıb
Sakura

“Qəbələ”nin məşqçisi hakimə etiraz etdiyi üçün cəzalandırılıb

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

ONA-nın məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXIV turunda baş verənlər müzakirə olunaraq müvafiq qərarlar verilib.

“Qarabağ” – “Sabah” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat cərimə olunub. “Səbail” – “Neftçi” oyununda isə qonaqlar 4 futbolçusu sarı vərəqə aldığı üçün eyni məbləği ödəməlidir.

Matç başa çatdıqdan sonra “Səbail”ın qapıçısı Aleksandr Rıbka ikinci sarı vərəqə aldıqdan sonra təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb, klubu  1600 manat cərimələnib. Futbolçuya verilmiş 3 oyun cəzasının 2 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində  futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.
 
“Keşlə” – “Qəbələ” matçının 88-ci dəqiqəsində qonaqların məşqçisi Elmar Baxşıyev hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb və klubunu 800 manat ziyana salıb.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR