Slimfit
  1. CƏMİYYƏT

Qəbələdə selə görə təhlükəli vəziyyətdə qalan beş nəfər xilas edilib

Qəbələdə selə görə təhlükəli vəziyyətdə qalan beş nəfər xilas edilib
Sakura

Qəbələdə selə görə təhlükəli vəziyyətdə qalan beş nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayon Laza kəndi ərazisində vətəndaşların çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Nazirlikdən verilən xəbərə görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, intensiv yağan yağışlar nəticəsində Dəmiraparan çayına sel gəlməsi səbəbindən Laza kəndi, Tala adlanan ərazidə istirahətdə olan vətəndaşlar təhlükəli vəziyyətdə qalıblar.

Xilasedicilər xilasetmə vasitələrindən, o cümlədən alpinist avadanlıqlarından istifadə etməklə unikal xilasetmə əməliyyatı həyata keçirərək çay üzərində xüsusi xilasetmə keçidi qurub təhlükəli vəziyyətdə qalan vətəndaşlar, 1987-ci il təvəllüdlü Orxan Qurban oğlu Hüseynov, 1988-ci il təvəllüdlü Elşən Eynulla oğlu Abbasov, 1989-cu il təvəllüdlü Elşən Elxan oğlu Şabıyev, 1990-cı il təvəllüdlü Şakir Akif oğlu Şirvanzadə və 1990-cı il təvəllüdlü Pünhan Sübhan oğlu Əsədovu çayın üzərindən keçirərək təhlükəsiz əraziyə təxliyə ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR