Slimfit
  1. AZƏRBAYCAN

Qəbələdə qədim dövrə aid antik qəbirlər aşkarlandı

Qəbələdə qədim dövrə aid antik qəbirlər aşkarlandı
Sakura

Qəbələdə qədim dövrə aid antik qəbirlər aşkarlandı

Bu ilin avqust ayının 2-dən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Seul Milli Universitetinin (Koreya) birgə əməkdaşlığı çərçivəsində Qəbələ rayonu ərazisində yerləşən Səlbir antik və orta əsrlər yaşayış yerində aparılan arxeoloji tədqiqatlar nəticəsində qədim qəbirlər aşkarlanıb.

Publika.az xəbər verir ki, arxeoloji tədqiqatlara Azərbaycan tərəfindən AMEA, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, "Qəbələ Antik və İlk orta əsrlər Arxeoloji Ekspedisiyası"nın rəisi Ceyhun Eminli, Koreya Respublikası tərəfindən Seul Milli Universitetinin professoru Jong İl Kim rəhbərlik edirlər.

Ekspedisiya rəisi Ceyhun Eminlinin bildirdiyinə görə, arxeoloji tədqiqatlar Səlbir ərazisinin iki qazıntı sahəsində aparılır. Tədqiqatlar zamanı yaşayış yerinin cənub-qərb kənarında üst mədəni təbəqəyə aid iri yaşayış binası aşkar edilmişdir. Yaşayış binası və onun həyəti geniş bir ərazini əhatə edir. Bünövrəsi çay daşından qurulmuş və divarları bişmiş kərpiclərlə ucaldımış bina güclü dağıntılara məruz qalmışdır. Binanın içərisindən aşkar edilmiş xeyli sayda inşaat bəzəkləri, əsasən evin otaqlarının əhəng tərkibli suvaq qatı və müxtəlif formalı yapma bəzək detalları ilə tərtib olunduğunu göstərir. Əhəng tərkibli suvaq qatı üzərindəki zəif müşahidə olunan rənglərə əsasən evin iç divarlarının müxtəlif bəzək elementləri ilə naxışlandığını da söyləmək olar. Bina 12-13-cü əsrlər arasında mövcud olmuşdur. Tədqiqatlar zamanı evin divarlarını dağıtmış sonrakı dövrə aid müsəlman qəbirləri də aşkar edildi.

Arxeoloji tədqiqatlar Səlbir yaşayış yerinin mərkəzi hissələrinə yaxın yerində də davam etdirilir ki, burada kiçik su anbarının olması ehtimal olunur. Qazıntılar zamanı müxtəlif təyinatlı quyular, təsərrüfat anbarı, ocaq qurğuları və şirli qabların bişirilməsi üçün nəzərdə tutulan dulus kürəsinin hissələri də aşkar edilib. Qazıntı sahəsində son antik və orta əsrlərə aid xeyli sayda saxsı, şüşə və daş məmulatı toplanmışdır. Ərazidə arxeoloji tədqiqatlar sentyabr ayının əvvəllərinədək davam etdiriləcək.

Qeyd edək ki, Səlbir yaşayış yerində Azərbaycan-Koreya birgə arxeoloji tədqiqatları SEBA (Seul-Bakı), Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü ilə 2009-cu ildən etibarən təşkil olunmuşdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR