Slimfit
  1. AZƏRBAYCAN

Qəbələdə aztəminatlı ailələr üçün fındıq bağları salınıb

Qəbələdə aztəminatlı ailələr üçün fındıq bağları salınıb
Sakura

Qəbələdə aztəminatlı ailələr üçün fındıq bağları salınıb

Noyabrın 8-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Qəbələ rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı rayonun Vəndam qəsəbəsi yaxınlığında ayrılmış 2 hektar ərazidə 1248 ədəd fındıq kolu əkilib.

Yeni salınan bağ 3 aztəminatlı ailə arasında bərabər bölünərək, təmənnasız olaraq onların istifadəsinə verilib. Ailələr fındıq bağına qulluq göstərərək, məhsul götürməklə gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanıblar.

Bu münasibətlə keçirilən mərasimdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək, Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyinin həyata keçirdiyi xoşməramlı layihələr barədə məlumat verib.

Bildirilib ki, ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi bu gün Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir. Bu baxımdan, IDEA İctimai Birliyinin təşəbbüsü ilə Qəbələdə iki hektarlıq ərazidə salınan fındıq bağı ekoloji tarazlığın qorunmasına öz töhfəsini verəcək. Eyni zamanda, bu layihə həm də iqtisadi əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin tapşırığına əsasən, ixrac potensialı yüksək sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi məqsədilə Qəbələ rayonunda da məqsədyönlü iş aparılır.

Qeyd olunub ki, IDEA İctimai Birliyinin yeni təşəbbüsü ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirən əlillərə, aztəminatlı və şəhid ailələrinə göstərilən diqqət və qayğının əyani təzahürüdür. Layihə, eyni zamanda, gənclər arasında ekoloji təbliğatın daha da genişlənməsinə xidmət edir.

Meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanılıb. Layihə çərçivəsində indiyədək respublikanın 13 rayonunda yeni bağlar salınaraq aztəminatlı ailələrin, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilib.

Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı məhsullarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.

Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma növlərindən olmaqla, ümumilikdə, 16 mindən çox meyvə ağacları əkilib və 47 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib.

Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində ağacəkmə aksiyaları noyabrda İmişli, Qazax və Göygöl rayonlarında da təşkil olunacaq.

Qəbələ rayonunda fındıq bağının salınması üzrə təşkil edilən aksiyaya, ümumilikdə, 200 nəfərdən çox yerli könüllü gənc qoşulub.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR