Dərc edildi: Baxış sayı: 763
Qəbələdə ağac kəsən şəxs cəzalandırıldı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının keçirdiyi reyd zamanı Qəbələ rayon Yemişənli kəndi ərazisində yerləşən ağac emalı sexində sənədləri şübhə yaradan 7,29 kubmetr həcmində işlik oduncaq aşkar edilib.
Nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov "Report"a bildirib ki, araşdırma zamanı sexdəki oduncağın Bum meşəbəyliyinin 6 saylı dolayında Qəbələ rayon Həmzəlli kənd sakini Gəncəli İsgəndərovun kəsərək sexə satdığı məlum olub.
O qeyd edib ki, faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib olunub və ona 1 518 manat məbləğində cərimə və ziyan tətbiq edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət