Slimfit
  1. İDMAN

"Qəbələ" qələbə ilə qayıtdı, "Qarabağ" isə bacarmadı

"Qəbələ" qələbə ilə qayıtdı, "Qarabağ" isə bacarmadı
Sakura

Noyabrın 24-də Azərbaycan Premyer Liqasının 12-ci turuna start verilib

Noyabrın 24-də Azərbaycan Premyer Liqasının 12-ci turuna start verilib.

Axar.az xəbər verir ki, turun açılış oyununda “Keşlə” klubu “ASK Arena”da “Qəbələ” komandasını qəbul edib. Görüş qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hər üç qol birinci hissədə vurulub. Əyalət təmsilçisinin heyətində Ceyms Adeniyi (17) və Voislav Stankoviç (20), “Keşlə” klubunun futbolçularından isə Amil Yunanov (38) fərqləniblər.

Bu qələbədən sonra “Qəbələ” klubu xallarının sayını 15-ə çatdıraraq turnir cədvəlində beşinci yerdəki mövqeyini qoruyub. “Keşlə” isə 9 xalla 7-ci yerdə qərarlaşıb.

Turun ilk oyun gününün sonuncu matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Çempion “Qarabağ” debütant “Sabah”ı qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq.

***

Turun ilk oyun gününün sonuncu matçı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub.

Çempion “Qarabağ” debütant “Sabah”ı qəbul edib. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Oyunda hesabı debütant "Sabah" matçın 44-cü dəqiqəsində açıb. Elgün Nəbiyev fərqlənib - 0:1. Vurulan qoldan bir dəqiqə sonra Yakub Jerniçak hesaba tarazlıq gətirib - 1:1.

Fasilədən sonra hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR