“Qəbələ” klubu “Çezena” və “Venetsiya” komandaları ilə qarşılaşacaq
İtaliyanın San Vito şəhərində “Fabio Zukkeri Memorialı” start götürüb. “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edir.
AZƏRTAC xəbər verir ki, iyunun 10-dək davam edəcək turnirdə 16 komanda mübarizə aparır.
“Qəbələ” “A” qrupunda İtaliya təmsilçiləri “Çezena”, “Venetsiya” və “Manzanese” ilə üz-üzə gələcək. Qrup mərhələsinin görüşləri iyunun 8-də baş tutacaq.
“B” qrupunda “Udineze”, “Pordenone”, “Donatello” (hamısı İtaliya), “Zrinski” (Bosniya və Herseqovina), “C” qrupunda “İnter”, “Cenoa”, “Esperia-97” (hamısı İtaliya), “Qrbçi” (Xorvatiya), “D” qrupunda isə “Triestina”, “Akuileya” (hər ikisi İtaliya), “Hayduk” (Xorvatiya) və “Qoritsa” (Sloveniya) mübarizə aparacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət