Slimfit
  1. İQTİSADİYYAT

QDTİB-nin 2023-2026-cı illər üçün orta müddətli strateji və biznes planının 2-ci mərhələsi təsdiqlənib

QDTİB-nin 2023-2026-cı illər üçün orta müddətli strateji və biznes planının 2-ci mərhələsi təsdiqlənib
Sakura

QDTİB-nin 2023-2026-cı illər üçün orta müddətli strateji və biznes planının 2-ci mərhələsi təsdiqlənib

Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 2023-2026-cı illər üçün orta müddətli strateji və biznes planının 2-ci mərhələsi təsdiqlənib.

Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bankın Rəhbərlər Şurasının üzvü, Azərbaycan maliyyə naziri Samir Şərifovun da iştirak etdiyi İllik Toplantıda İdarə Heyətinin üzvləri 25 illiyini qeyd edən bankın fəaliyyətini və son illərdə qazandığı uğurları müzakirə olunub. QDTİB-nin Qara dəniz regionunda müsbət dəyişikliklərə təsir göstərən vizyon, liderlik və innovasiyalarını yüksək qiymətləndirərək, Bankın gələcək fəaliyyətinə olan inamlarını ifadə ediblər.

Qeyd edilib ki, son 25 ildə Bank, qlobal və regional çətinlikləri, iqtisadi böhranları dəf edərək əhəmiyyətli maliyyə təsisatı kimi dayanıqlıq nümayiş etdirib. Bu dövr ərzində QDTİB, 8,8 milyard avrodan çox kredit ayıraraq yüzlərlə özəl və dövlət sektorundan olan müştərilərinə dəstək verib. Bankın investisiyaları üzv ölkələrin iqtisadiyyatlarında mühüm sektorlarda, o cümlədən istehsal, infrastruktur, enerji, nəqliyyat, telekommunikasiya, kənd təsərrüfatı və maliyyə sahələrində əhəmiyyətli irəliləyişlərə yol açıb. Bununla da QDTİB 25 il ərzində əldə etdiyi uğurlarla, Qara dəniz regionunda iqtisadi inkişaf və regional əməkdaşlığın inkişafında həlledici rolunu bir daha nümayiş etdirib.

İclasda, İdarə Heyəti tərəfindən QDTİB 2023-2026-cı illər üçün orta müddətli strateji və biznes planının 2-ci mərhələsi təsdiqlənib. Müzakirələr zamanı qeyd olunub ki, 2022-2024-cü illərdə baş vermiş regional gərginliklər, müharibə və onun yaratdığı çətinliklərdən sonra Bank 2022-ci ildən əvvəlki uğurlu iş modelinə – sabit və ölçülü artıma qayıtmağı hədəfləyir.

 

QDTİB beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. Bank Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR