Slimfit
  1. AZƏRBAYCAN

QDİƏT-in nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası keçirilib

QDİƏT-in nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası keçirilib
Sakura

QDİƏT-in nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) nəqliyyat sahəsi üzrə  işçi qrupunun iclası bu gün öz işini nazirlər toplantısı ilə davam etdirib.

Qafqazinfo” xəbər verir ki, Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi toplantıda Türkiyənin nəqliyyat və infrastruktur naziri Məhmət Cahid Turhan, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Maykl Kristides,  eləcə də, Rusiya, Ukrayna, Yunanıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumıniya və Bolqarıstandan sahə üzrə məsul şəxslər iştirak edib. 

Toplantıda çıxış edən Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, iclas Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında sədrliyi çərçivəsində keçirilir. 

“Sədrlik dövründə bizim üçün prioritet regionda nəqliyyat qovşaqlarının inkişafı və regional əməkdaşlığın stimullaşdırılmasıdır”, - nazir qeyd edib. 

 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Maykl Kristides bildirib ki, Azərbaycan təşkilata sədrliyi dövründə uğurlu işlərə imza atıb. Eyni zamanda, digər ölkələrin nəqliyyat sahəsində təşkilatla əlaqələrinin inkişafına dəstək olub. 
Türkiyənin nəqliyyat və infrastruktur naziri Məhmət Cahid Turhan qeyd edib ki, Bakı-Tbilisi Qars dəmiryolu xətti qitələri birləşdirməklə yanaşı, Qara dəniz bölgəsinin Avropa və Asiya nəqliyyat şəbəkələri üçün də dəhliz rolunu oynayır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR